Polşa silahlanmadan çıxarılmış sovet "Su-22" qırıcı-bombardmançı təyyarələrini satışa çıxarıb.
Oxu.Az bu barədə "Defence24" nəşrinə istinadla xəbər verir.
"Polşanın "Su-22M4" qırıcı-bombardmançı və "Su-22UM3K" döyüş-təlim təyyarələri istismar müddətlərini başa vurublar. 12 ədəd "Su-22M4" və altı ədəd "Su-22UM3K" təyyarəsi hələ də uçuşa yararlıdır. Onların rəsmi taleyi hələ ki məlum deyil", - deyə məlumatda vurğulanır.
Bildirilir ki, azı daha yeddi ədəd "Su-22" təyyarəsi Hərbi Əmlak Agentliyinə təhvil verilib və onlar artıq satışa çıxarılıb.