Səmadan düşən SİRLİ TÜKLÜ OBYEKT hər kəsi heyrətə gətirdi

Bu gün, 17:08           
Səmadan düşən SİRLİ TÜKLÜ OBYEKT hər kəsi heyrətə gətirdi
Argentinanın Puerto Tirol şəhərində qeyri-adi hadisə baş verib - səmadan birbaşa fermaya naməlum kosmik obyekt düşüb.

"Mirror"un verdiyi xəbərə görə, fermaya təxminən 1,7 metr uzunluğunda və 1,2 metr diametrində iri silindr düşüb. Hadisəni daha da sirli edən məqam isə obyektin üzərini örtən, saça bənzəyən qəribə qara liflər olub.

Qeyri-adi "meteorit" artıq polis, xilasetmə xidməti və partlayıcı maddələr üzrə mütəxəssislər tərəfindən yoxlanılıb. Onlar obyektin təhlükəli material ehtiva etmədiyini açıqlasalar da, ərazidə 30 metrlik təhlükəsizlik perimetri yaradılıb.

Hazırda hadisə ilə bağlı araşdırma davam edir və obyektin nə olduğu hələ dəqiq müəyyən edilməyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru