Stiv Cobs səhv edirdisə, bunu dərhal etiraf edirdi - "Pixar"ın qurucusu "İnmerge"də

Bu gün, 17:14           
Stiv Cobs səhv edirdisə, bunu dərhal etiraf edirdi -
“PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində Pixar Animation Studios-un qurucularından biri olan Edvin Kətmull çıxış edib.

Valyuta.az xəbər verir ki, o, “Apple”ın qurucusu Stiv Cobs haqqında fikirlərini bölüşərək deyib:

“Stiv Cobs çox ağıllı insan idi. Əgər hansısa məsələdə səhvə yol verirdisə, bunu dərhal etiraf edirdi, gizlətmirdi. O, yaxşı bilirdi ki, əsas məsələ kiminsə haqlı olması deyil, nəyin doğru olduğunu tapmaqdır.

Stiv insanların onunla tez razılaşmasını istəmirdi. Əksinə, arqument gətirilməsini gözləyirdi və buna hörmətlə yanaşırdı. Onun məqsədi vəziyyəti daha yaxşı anlayanlarla bir yerdə işləmək idi. Cobs özü də dəfələrlə səhvlərini etiraf edib: "Belə bir səhv etdim və bir daha bunu təkrarlamayacağam". Bu, onun üçün öyrənmə prosesinin bir hissəsi idi".

Edvin Kətmull həmçinin qeyd etdi ki, Cobs, insanlarla ünsiyyət qurmağı da çox yaxşı bacarırdı: "Stiv Cobs müzakirəyə qoşulmayan, hər şeyə "hə" deyən insanlarla işləməkdən xoşlanmırdı. Pixar-ın idarə heyətindəki iki nəfəri məhz bu səbəbdən işdən çıxarmışdı – onlar müzakirə aparmır, sadəcə təsdiqləyirdilər. Bu isə onun prinsiplərinə zidd idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru