Madaqaskarda iğtişaşlar: Hökumət istefaya göndərildi
Bu gün, 11:44
"Madaqaskarda kütləvi iğtişaşlarda azı 22 nəfər ölüb, daha 100 nəfər isə yaralanıb".
TASS-ın verdiyi xəbərə görə, bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk deyib.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri nümayişçilərlə sərt davranıb:
"Ölənlər arasında nümayişçilər, yoldan keçənlər, eləcə də iğtişaşlar və qarətlər zamanı qətlə yetirilənlər var".
Eyni zamanda, Madaqaskar Prezidenti Andri Radzuelina hökuməti istefaya göndərmək qərarına gəlib.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisi və su təchizatında baş verən fasilələrə qarşı etiraz aksiyaları başlayıb və bu, iğtişaşlara səbəb olub.