Diş ağrısına agrıkəsici dərman təsir etmir? - Bəzi təbii üsullar köməyə gələ bilər

Bu gün, 12:58           
Diş ağrısına agrıkəsici dərman təsir etmir? - Bəzi təbii üsullar köməyə gələ bilər
Diş ağrısı bir çox insanın qarşı-qarşıya qaldığı problemdir. Bəzən ağrıkəsicilər istənilən effekti vermir. Belə hallarda diş ağrısını aradan qaldırmaq üçün bəzi təbii üsullar kömək edə bilər.

Bu barədə "Haber Global"ın dərc etdiyi yazıda bəhs edilib.

Qeyd olunub ki, sağlamlıq tövsiyələri sırasında yer alan bəzi təbii üsullardan istifadə etməklə, diş ağrısından tez zamanda və asanlıqla xilas olmaq mümkündür.

Beləliklə, diş ağrısını aradan qaldırmaq üçün effektiv hesab edilən təbii üsullar aşağıdakılardır:

Duzlu su - duz antiseptik xüsusiyyətləri sayəsində ağızdakı bakteriyaları azaltmağa kömək edir. İlıq su ilə edilən qarqara həm ağrıları yüngülləşdirir, həm də diş ətlərində yaranan şişkinliyi azaldır. Xüsusilə diş ətinin iltihabından qaynaqlanan ağrılar üçün sürətli rahatlama təmin edə bilər. Müntəzəm olaraq tətbiq oluna bilər və heç bir yan təsiri yoxdur.

Qərənfil (mixək) yağı - qərənfilin tərkibində olan evgenol maddəsi təbii keyləşdirici təsir göstərir. Bir pambığa bir neçə damcı mixək yağı damladıb ağrıyan dişin üzərinə sıxmaq ağrını tez bir zamanda aradan qaldıra bilər. Həmçinin qərənfil çeynəmək də oxşar təsir göstərə bilər. Lakin həddindən artıq istifadə edilməsi ağız içində qıcıqlanmaya səbəb ola biləcəyi üçün ehtiyatlı davranmaq lazımdır.

Soyuq kompres - ağrıyan dişin yerləşdiyi yanağın xarici hissəsinə parçaya bükülmüş buz qoymaq sinir uclarını keyləşdirərək ağrının şiddətini azaldır. Həmçinin qan damarlarını da daraldaraq şişkinliyi və iltihabı yüngülləşdirir. 10-15 dəqiqəlik fasilələrlə tətbiq etmək məsləhətdir. Bu üsul xüsusilə qəfildən başlayan diş ağrıları üçün təsirlidir.

Sarımsaq - sarımsaq tərkibindəki allisin maddəsi sayəsində güclü antibakterial təsirə malikdir. Dişin üzərinə əzilmiş sarımsaq çəkdikdə, həm bakteriyalarla mübarizə aparır, həm də ağrıların azalmasına kömək edir. Daha təsirli nəticə üçün sarımsağı bir az duzla qarışdırmaq olar. Ancaq kəskin dadı və qoxusuna görə uzun müddət ağızda saxlamaq çətin ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru