Yay təkərlərini qış təkərləri ilə dəyişmək üçün optimal vaxt açıqlandı
Bu gün, 15:38
Yay təkərlərini qış təkərləri ilə əvəzləmək gündüz temperaturu sabit şəkildə +5°C-dən aşağı düşdükdə və gecə şaxtaları başladıqda tövsiyə olunur.
Bu barədə rusiyalı avtomobil eksperti Yan Haytseer "Moskva 24"ə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, sürücülər bu prosesə əvvəlcədən hazırlaşmalıdırlar: texniki xidmət məntəqəsinə yürüş və ya istismar müddətinə uyğun planlı servis üçün müraciət etmək, avtomobilin bütün sistemlərini yoxlamaq və qış təkərlərinin vəziyyətini qiymətləndirmək vacibdir.
Ekspert bildirib ki, büdcədən asılı olaraq sürücülər premium, yerli və ya Çin istehsalı şinləri seçə bilərlər:
"Ola bilsin ki, daha büdcəli variantlarda aşınma bir qədər çoxdur və ya sürət indeksi kifayət qədər yüksək deyil. Lakin nəzərə almaq lazımdır ki, qış dövrü sürətli manevrlər üçün əlverişsizdir", - deyə o sözlərini yekunlaşdırıb