ARMİNİYA VƏ "HAY" "HARAYI"...
15-02-2017, 00:11
Hələ keçən yüzilliyin əvvəllərində məşhur gürcü mütəfəkkiri İlya Çavçavadze özünün məşhur “Hay alimləri və inləyən daşlar” adlı əsərində XIX yüzilliyin əvvəllərində çar Rusiyası tərəfindən Qafqaza pərçim edilmiş hayların Xəzər dənizindən Qara dənizə qədər uzanan ərazilərə olan iddialarından ürək yanğısı ilə söz açmış,onların məkrlərini ifşa etməyə nail olmuşdu.
Ən gözəl ifşanı isə keçən ilin yayında Moskvada – Rusiya Avrasiya İnstitunun “Yaxın və Orta Şərqdə,Xəzər dənizi regionunda etnik konfliktlər və onların həll edilmə yolları” mövzusunda təşkil etdiyi,mənim də iştirak etdiyim konfransda Qumaşyan soyadlı hay politoloq səsləndirdi : “Nədən biz özümüzü hay adlandırdığımız halda dünya bizə armenin, ölkəmizə isə Armeniya deyir?”.
Coğrafi məkanın adı (toponimika) ilə o məkanda yaşayan etnosun adlarının (etnonim) üst-üstə düşməməsinə dünyanın başqa yerlərində də rast gəlmək mümkündür. Məsələn indi özü slavyan ölkəsi olsa da adını türk mənşəli qədim bulqarlardan götürmüş Bolqarıstan heç vaxt Böyük Hun İmperatorluğunun varisi hesab eləmir. Alman dil qrupunda danışan ingilislər öz yurdlarının kelt dilli brittlərdən götürüldüyünə loyal yanaşmaq məcburiyyətində qalıb,qədim kelt torpaqlarına iddia etmirlər. Avropanın ən qədim xalqlarından olan keltlərin yurdu olmuş Qalliyada indi romandilli, lakin alman etnonimli fransızlar yaşayır. Və məncə heç bir ağlı başında olan alman etnonimli,romandilli,qədim kelt torpağında yaşayan fransız Frank imperiyasının təkcə onun millətinə aid olduğunu iddia etmir. Bu gün ərazisi bir neçə yerə parçalanmış Makedoniyanın slavyan və türk dillərində danışan əhalisi Avrasiya və Afrikanın böyük bir hissəsinin onların “babaları” Makedoniyalı İskəndər tərəfindən fəth olunduğuna görə nəinki bu böyük ərazilərə,heç yurddaşları tərəfindən miladdan öncə 338-ci ildə darmadağın olunmuş Yunanıstana da toraq iddiası ilə çıxış etmirlər.
Lakin niyə Arminiya ərazisinə yerləşən və indi hind-avropa dil ailəsinin guya təcrid olunmuş, keçən əsrin əvvəllərinə qədərki linqvistik təsnifatlarda isə isə İran qoluna aid olunan haylar az qala Orta Şərqin yarısına iddia ilə çıxış edirlər? Etnonimləri assur dilində “şivən salan qullar” (hay), yerləşdikləri ərazilər isə Urartu dilində “viranə,xaraba” mənasını verən Urmeniuxiyə (Arminiya) yerləşdikdən sonra yəhudi,parf,iber,midiyalı,atropatenalı mənşəyə malik olan sülalər tərəfindən idarə olunduqları halda bu iddialar haradan qaynaqlanır? Arminiyada hakimiyyətə gələrək uzun müddət burada hökm sürmüş parf mənşəli Arşakilərin haylarla hansı bağlılığı ola bilər? 450-ci ildə xristian olmaları ilə atəşpərəst iranlı soydaşlarından dinin inanc baxımından, 1 il sonra isə Xalkedon məsclisində xristian kilsəsindən bidətçi baxışlarına görə qovulanlar bu gün xristian dünyasının rəğbətini necə qazandılar? ÖZGƏLƏRİNKİNİ ÖZÜNÜNKÜLƏŞDİRMƏKLƏ! HAY SALMAQLA, ŞİVƏN QOPARTMAQLA!
Bu işdə usta olan, 32 dialektdə danışan, bir neçə antropoloji tipi özündə ehtiva edən,əlifbalarını uzaq Həbəşistandan,hökmdar sülaləri yəhudilər və parf olan, əsilzadələri türklərdən formalaşan, dillərinin leksik tərkibini fars-türk-qafqaz dillərindən alan haylar ərazilərinə köçdükləri arminləri də məhz HAY SALMAQLA özününküləşdirmək bacarığına malikdirlər. Çünki ancaq HAY HƏŞİRLƏ başqa xalqlardan əxz edilənləri haylaşdırmaq mümkündür.
Kərəm Məmmədli