“Lotu Quli” Lənkəranskinin bazasını “Çermen”lə bölür

17-02-2017, 01:19           

Məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifov Rusiyanın Yekatrinburq şəhərinin 4 saylı topdansatış meyvə-tərəvəz bazasına nəzarəti “Çermen” ləqəbli gürcü avtoritetlə öz aralarında bölüşdürməyə başlayıb.

Virtualaz.org xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından URA.ru-ya bildiriblər. Məlumata görə bazanın bölüşdürülməsi məsələsi ilə bağlı 56 yaşlı Tamaz Qoqoladzenin (“Çermen”) emissarları Yekatrinburqa gediblər. Bundan əvvəl “Lotu Quli”nin qruplaşması bu şəhərə çoxsaylı “möhkəm bədənli oğlanlardan” ibarət desant yetirmişdi.

Bu yaxınlara qədər 4 saylı meyvə-tərəvəz topdansatış bazasının ticarətçiləri “Rövşən Lənkəranski”yə haqq verirdilər. Həmin baza Lənkəranskinin ən gəlirli obyektlərindən idi. Bazara nəzarəti onun adamı, 53 yaşlı Ağayar Ağayev həyata keçirirdi. Lakin Lənkəranskinin ötən il İstanbulda güllələnməsindən sonra Ağayar tədricən “kölgəyə” çəkilib. Nəticədə Ural regionunun azərbaycanlıları “Lotu Quli”yə biət ediblər və ona haqq ödəməyə başlayıblar. “Lotu Quli” hazırda Azərbaycanda həbsxanadadır və kriminal imperiyasını oradan idarə edir.

Məlumata görə Lənkəranskinin Ural regionu üzrə “smotryaşisi” olan Ağayar Ağayev də artıq “Lotu Quli”yə biət edib və öz postunda qalıb. Bu təhvil-təslim əməliyyatı sakit keçib. Lakin gözlənilmədən Yekatrinburqa digər kriminal avtoritet-“Çermen” öz adamlarını göndərib. “Çermen” özü də hazırda “Lotu Quli” kimi həbsdədir, Solneçneqorsk həbsxanasında cəza çəkir, 2018-ci ildə azadlığa çıxmalıdır. Ancaq o, mafiyasını həbsxanadan idarə edir.

Məlumata görə hazırda hər iki “vor”un nümayəndələri 4 saylı bazada fəallıq nümayiş etdirirlər, habelə Komsomolskdakı meyvə-tərəvəz bazasını nəzarət altına almağa çalışırlar. Belə k, 4 saylı bazarın sökülməsi və yerində mikrorayon tikilməsi planı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.