Bu möhtəşəm məscidin elə bir sirri var ki... - FOTOLAR

7-06-2017, 08:26           
Bu möhtəşəm məscidin elə bir sirri var ki... - FOTOLAR
İndonezyanın"Aça əyalətində illərə meydan oxuyan Beytürrahman Məscidi İndoneziyalı müsəlmanlar tərəfindən əyalətin "qalası" kimi qəbul edilir. Açe sultanı İsgəndər tərəfindən 1612-ci ildə taxtadan inşa edilən Beytürrahman Məscidi maraqlı hekayəsi ilə diqqəti çəkir. Məscidin 1873-ci ildə Açeni işğal etmək üçün hücuma keçən Hollandiyalı əsgərlər tərəfindən yandırılmasına baxmayaraq Açeli msəlmanların müqaviməti regionda İslamiyyətin üstünlüyünün hiss edilməsində dönüş nöqtəsi kimi göstərilir. Beytürrahman Məscidinin Baş İmamı Azman İsmayıl açıqlamasında "İmamlıq etdiyim bu məscid tarixdən günümüzə qədər Aça əyalətinin qalası olub. Məscid inşa edildiyindən indiyədək həmişə istismarçıların təcavüzünə məruz qalıb. Lakin Açeli müsəlmanların dirənişiylə yenidən inşa edilib" deyib.
Hollandiyalı müstəmləkəçilərin məscidi bölgənin qalası olaraq görüldüyü üçün yandırdığını bildirən İsmayıl "Beytürrahman Məscidi ilk inşa ediləndə taxtadan tikilmişdi. 1873-ci ildə Açeyə daxil olan Hollandiyalı müstəmləkəçilər komandirləri Khohlerin əmri əsasında məscidi yandırıb. Bunu qəbul etməyən Açeli müsəlmanların müqaviməti nəticə Khohler məscidin həyətində öldürülüb"-deyə danışıb.
Açalı müsəlmanların müqavimətinin müstəmləkəçi hakimiyyətə geri addım atdırdığını bildirən İsmayıl sözlərini belə davam etdirib: "Məscidin yandırılmasına səbəb olan müstəmləkəçi komandir Khohlerin öldürülməsi Hollandiya rəhbərliyinin İslami dəyərlərə sayğılı olmaları lazım olduğunu anlamasını təmin etdi. Dövrün Hollandiya rəhbərliyi müsəlmanların qəzəbini yumşaltmaq üçün məscidin yenidən inşa edilməsinə sözü verib və məscidin betondan ilk təməli 1879-cu ildə atılıb".
İsmayıl tikintisi Açenin son sultanı Məhəmməd Daud Syah tərəfindən 1881-ci ildə de başa çatan məscidin üç fərqli ölkənin memarlıq xüsusiyyətlərinə malik olduğunu qeyd edib: "Məscidin ilk təməli Hollandiya tərəfindən atılıb. Daha sonra İndoneziyalı sultanların və Ərəb memarların köməyi ilə məscidin tikintisi tamamlanıb. Bu səbəblə məsciddə üç ölkənin memarlıq izləri var". Açeli müsəlmanlar əsası Hollandiyalılar tərəfindən atıldığı üçün əvvəlcə məscidi qəbul etməyiblər. Məscid daha sonra müsəlman memarların köməyi ilə tamamlandıı üçün qəbul edilib.
Açedə 2004-cü ildə meydana gələn zəlzələ, ardınca yaranan sunami nəticəsində bütün evlərin dağıdılmasına, ağacların kökdən çıxmasına baxmayaraq Beytürrahman Məscidi ayaqda qalıb. 250 min nəfərin ölümünə səbəb olan zəlzələ və sunaminin nəticəsində məsciddə kiçik çatlardan başqa bir zədə əmələ gəlməyib.
Məscidin keçmişdəki hücumlar və sunamiyə baxmayaraq hələ də ayaqda olması Aça xalqı tərəfindən möcüzə hesab edir. Sultan İsgəndər dövründə inşa edilən məsciddə məzarları Açedə olan Türk, İran və Ərəb din xadimlərinin İslamı təhsil verdikləri bilinir. Əvvəl bir minarəli olaraq tikilən məscidə sonradan əlavələr edilib. Hazırda 7 günbəz, 8 minarə və 32 sütundan ibarət məscid 1500 kvadratmetrlik sahədə yerləşir. 30 min adamlıq yeri olan məscid YUNESKO-nun Dünya İrsi Siyahısına da əlavə olunub.

Moderator.az Beytürrahman Məscidinin fotolarını da təqdim edir:



















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.