Seksoloqdan önəmli qeydlər: "Əlaqənin 18-ci dəqiqəsində cütlüklər maksimal dərəcədə..."
8-06-2017, 09:54
Dünyada sevgi, məhəbbət haqqında yüzlərlə miflər, rəvayətlər, hekayələr mövcuddur. Bəs görəsən, bunların içərisindəki məlumatlar nə dərəcədə reallığı əks etdirir. Son zamanlarda britaniyalı ekspertlər bu mövzu üzərində bir sıra araşdırmalar aparıb. Nəticədə insanların intim münasibətləri, cütlüklərin şəxsi həyata dair yanaşmaları haqqında məlumatların yer aldığı miflər təsdiqlənib.
Publika.az sizə mütəxəssislərin miflərdə qeyd olunan məlumatları bir neçə cütlük üzərində müşahidə etdikdən sonra gəldiyi nəticə haqqında maraqlı faktları təqdim edir:
Cinsi yaxınlıq, seksual münasibətlər insan həyatı haqqında yaranan miflərin böyük əksəriyyətinin süjet xəttini təşkil edir. Cütlüklərin bir-birinə qarşı seksual meyli əsasən ailə qurana qədərki dövrdə müşahidə edilir. Ailə qurduqdan bir il sonra şəhvət hissi ölür.
Bu maraqlı məqamın əsas səbəblərini araşdırmaq üçün Almaniyanın Münhen universitetinin əməkdaşları yenicə nikaha daxil olmuş cütlüklər arasında eksperiment aparıb. Ekspertin nəticələrinə görə, seksual istəyin səviyyəsi 12 ay ərzində inanılmaz dərəcədə yüksək olur. Yeni ailə quran cütlüklər toydan sonra 1 il ərzində demək olar ki, yalnız qalmağa fürsət axtarır. Alimlərin fikrincə, bir-biri ilə ilk dəfə təmasda olmaq cütlüklərə həzz verir. Zaman keçdikcə bu artıq adi hal almağa başlayır və qarşılıqlı şəkildə (əksər hallarda kişilərin intim istəkləri daha tez soyuyur) soyuqluq yaranır.
Seksoloq Pem Spurr eksperimentin nəticəsini belə şərh edib ki, hər kəsin "bal ayı" adlandırdığı müddət orta hesabla 18 ay çəkir: "Nəticələrə təəccüblənmədim. Bal ayının seksual kimyası uzun müddət davam edə bilməzdi. Lakin cütlüklər bu münasibətləri qoruyub saxlamağı bacarmalıdır".
"Journal of Sex Research" jurnalında dərc olunan məqaləyə əsasən hormon dəyişikliklərinə, stress səviyyəsinə və bəzən günün fərqli saatlarına görə sevişmə formaları dəyişik ola bilir. Məşhur mifin nə dərəcədə doğru olduğunu yoxlamaq üçün keçirilən tədqiqatlarda 152 heteroseksual cütlük iştirak edib. 20 dəqiqə davam edən intim münasibətlərdə alimlər seks və cinsi əlaqədən maksimal həzz alan cütlüklərin əlaqəyə ilkin olaraq nəvazişlərlə başladığı müəyyən olunub. Əlaqənin 18-ci dəqiqəsində cütlüklər maksimal dərəcədə həzz aldığını deyib. Beləliklə, alimlər mifin faktiki olaraq həqiqətləri əks etdirdiyini təsdiq edib.
Seks kişilər qədər qadınların da təbii ehtiyaclarıdır.
Aparılan sorğu nəticəsində məlum olub ki, qadınların 75%-i tez-tez həftədə ən azı üç dəfə cinsi əlaqədə olmağı arzu edir. 13%-i hər gün, digərləri isə o qədər də önəmsəməyiblər.
Başqa bir məsələ isə cütlüklərin emosional şəkildə bir-birinə qarşı heç bir duyğu bəsləmədən intim münasibətə girməsi ilə əlaqəlidir. Belə olan halda heç bir uğurlu nəticə əldə oluna bilməz.
Qadınların böyük əksəriyyətinin intim münasibətlərdən sonra kədərləndiyinə dair məlumatlar yazılır. Sorğu nəticəsində təxminən 230 qadın bunu təsdiqləyib. Buna görə əlaqə zamanı tərəflərin bir-birinə emosional bağlılığı önəmlidir.
Əks hallarda melanxoliya, həyəcan, depressiya və ya hətta təcavüz hissinə qapılan qadınlar ağır psixoloji travmalar ala bilir.
Yaşlı qadınlar seksdən həzz ala bilmir. Mütəxəssislər hesab edir ki, kişilərə nisbətən qadınlarda seksual istəklər cinsiyyət yaşının tamamlanması ilə bitir. Bununla belə, Pitsburq universitetindən olan mütəxəssislər aydınlaşdırıb ki, 60 və daha yuxarı yaş həddində olan qadınların 60%-i müntəzəm olaraq əlaqədə olur və 30-40 yaş arası qadınlardan daha çox həzz alır. Bu, yaş həddi 28-dən 84-ə qədər olan 2100 qadının iştirak etdiyi tədqiqatların nəticəsinə görə müəyyən olunub.
Monreal Universiteti tərəfindən keçirilən sosioloji sorğuda pornoqrafik filmlərin cütlüklər arasındakı intim münasibətlərə mənfi təsir etdiyi məlum olub. Subay kişilər orta hesabla həftədə üç dəfə 40 dəqiqə olmaqla pornoqrafik film izləyirsə, evli kişilərdə isə bu göstərici həftədə 1 dəfə 20 dəqiqə olmaqla qeydə alınıb.
London universitetindən olan mütəxəssis Duqlas Portman apardığı araşdırmaların nəticələrini ortaya qoyaraq kişilərin seksdən başqa heç nə düşünmədiklərini iddia edib. Onun fikrincə, nəticələr onu göstərir ki, intim münasibətlər kişilər üçün qida qəbulu qədər əhəmiyyətlidir. Kişilərin orqanizmlərində xüsusi neyron növləri mövcuddur ki, bu onları yeməkdən əvvəl belə intim əlaqəyə sövq edir.
Ümumiyyətlə, kişilərin ən böyük şikayətlərindən biri, qadınların əlaqə zamanı onlara toxunmamasıdır. Romantik bağlılığı artırmaq üçün əlaqə zamanı təmas önəmlidir. Əhəmiyyətli olan partnyorunuzun necə münasibət arzu etdiyini bilməkdir. Bunu düzgün müəyyən etdiyiniz halda siz tərəf müqabiliniz üçün sadəcə qadın deyil, möhtəşəm həyat yoldaşı olursuz.