Düşməni özünüzə "yaxın" tutun ki, zərbə vuranda qılıncının dəstəyindən yapışa biləsiz...

9-06-2017, 23:24           

Cəmiyyəti daim düşündürən daha bir önəmli mövzuya "Sülh Platforması"na toxunmaq istərdim. Yazıya başlamazdan öncə qeyd edim ki, yaxın ətrafım, dostlarım və ya burada olan hər bir şəxs mövqeyimin hər zaman Döyüş, Müharibə olduğunu yaxşı bilir. Başqa cür ola da bilməz. Bu baxımdan yazılanları doğru analiz edin və düzgün nəticə çıxarmağa çalışın.
Noyabr 2016-cı ildə Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri” adlı konfrans zamanı Ermənistanla Azərbaycan arasında sülh platformasına dair Bəyannamə qəbul edilir. Bəyannamədə göstərilən prosedurun konkret olaraq xalq diplomatiyası vasitəsilə icra olunması nəzərdə tutulur.
Platfaorma elan ediləndən dərhal sonra cəmiyyət buna böyük reaksiya göstərdi. Ard-arda ermənilərin Bakıya gəlməsi, gözlənilmədən verilən bəyanatlar cəmiyyətdə böyük çaşğınlıq yaratdı və aparılan bu addım tənqid edildi. KİV-lər yenidən Xalq Diplomatiyasının xortladığını yazmağa başladı.
İlk öncə Xalq Diplomatiyası nədir ?
Bu tipli diplomatik təsiretmə hər iki ölkə cəmiyyətinin əsasən ziyalılar və diplomatik şəxslər, qismən də sıravi vətəndaşlar vasitəsilə onların siyasi, ideoloji, mədəni və tarixi istəkləri üzərində ortaya çıxan bir prosesdir.
Hazırda Azərbaycan və Ermənistan QHT-ləri, KİV-ləri, digər vətəndaş cəmiyyəti qurumları arasında qarşılıqlı əlaqələrin qurulmasına maliyyə ayırmağa hazır olan əsasən Qərb yönümlü (qrant mərkəzi Tiflis olan) kifayət qədər xarici fond tapmaq mümkündür.
Azərbaycan və Ermənistandan bir çox QHT-lər, KİV-lər, ekspertlər, jurnalistlər dəfələrlə bu kimi təşəbbüsləri nümayiş etdirib. Hər iki cəmiyyətin qurumlarının nümayəndələri İrəvana və Bakıya qarşılıqlı səfərləri edib.
Xalq diplomatiyasında indiyədək ən çox səs-küyə və müzakirələrə səbəb olan təşəbbüs isə Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri tərəfindən təşkil olunan ziyalılardan ibarət missiyanın İrəvana, Xankəndinə və Bakıya səfərləri olub. Bu cür missiya iki dəfə - 2007-ci və 2009-cu illərdə təşkil olunub. Hər iki ölkədən prezidentlərin də dəstək verdiyi missiya Ermənistan və Azərbaycan ictimaiyyətləri arasında əlaqə yaratmaq baxımından ən ciddi təşəbbüs kimi qəbul edilir. O zaman xalq diplomatiyası çərçivəsində bu cür missiyaların tez-tez təşkil ediləcəyi gözlənilrdi.
Lakin sülh danışıqları nəticə vermədiyi kimi xalq diplomatiyası da tərəflər arasında yaxınlaşmaya səbəb olmadı və hər dəfə yarımçıq qaldı. Üstəlik, xalq diplomatiyasında rol alanlar hər iki tərəfdə sərt tənqidlərlə üzləşiblər. Xüsusən Azərbaycanda ictimai rəy separatçı rejimin "bayrağı" altında keçirilən görüşü doğru olaraq qınadı və nəticədə yaxşı ki, bu proses arxa plana keçməli oldu.
Fikrimi ümumiləşdirim. Xalq Diplomatiyası adı altında keçirilən görüşlər Azərbaycan xalqını konkret olaraq Qarabağ münaqişəsi ətrafında əldə ediləcək kompromislərə hazırlamaq məqsədi güdüb və bu prosesi Qərb insititutları formalaşdırıb. Və hazırda da onlardan başqa bunu məaliyyələşdirməyə həvəsli olan ikinci bir tərəf yoxdur. Xocalı soyqırımını yaşayan və üstəlik qisas almayan bir xalqın Xalq Diplomatiyası yolunu getməsi onun alçaldılmasından başqa bir şey ola bilməz.
Bəs Bakıda yaradılan "Sülh Platforması çərçivəsində öz ayaqları ilə ölkəmizə gələn, sirf Xocalı soyrıqımı abidəsi önündə baş əyən ermənilər necə ? "Sülh Platforması" nədir ?
İlk öncə bildirim ki, bura gələn kimliyindən asılı olmayaraq hər bir erməni istər Xocalı abidəsi önündə əyilsin, istər özlərinə od vursun. Bu bizi nə sakitləşdirə bilər, nə də şəhidlərimizin qanını alar, ruhlarını sakitləşdirə bilər. Qətiyyən Yox !!!
Amma gəlin sakit, qansız ağılla düşünək..
Xalq Diplomatiyasından fərqli olaraq, Azərbaycan cəmiyyəti "Sülh Platformasında" Azərbaycan ziyalılarının Ermənistana və ya işğal altında olan bölgəyə səfərlərini etmədi, hər hansı bir qarşılıqlı görüş təşkil edilmədi. Lakin biz bunun əksini gördük. Sarkisyan hakimiyyətindən qaçan, sürünən istər Ermənistan daxilində olsun, istərsə də xaricdə çoxlu sayda erməni bu platformaya qoşuldu müraciətlər edildi və nəticədə Bakıya gələrək baş əydilər. Bu informasiya müharibəsi və onun ən vacib elementnə çevrildi.
Müharibə astanasında olan, üstəlik aprel müharibəsindən sonra növbəti əməliyyatlar çərçivəsində olan ölkənin ilk öncə bu tipli addımlar atması mükəmməl qarşılanmalıdır. Düşmən Qarabağ müharibəsində üzərimizə gələrkən eynilə belə bir obraz yaratdı və dünya ölkələrini ilk baxışda Azərbaycanı təcavüzkar kimi, "məzlum erməniləri qıran" (Sumqayıt hadisələri) bir xalq kimi tanıtdı. Düşməni hər zaman özünə "yaxın" tut.. "Yaxın" olmayanda qılıncın hansı istiqamətən zərbə endiriləcəyi məlum deyil, yox əgər "yaxın" tutarsan o zərbə endirilməmiş dəstəyindən yapışmış olarsan. Bu diplomatik manevr üçün çox mühüm bir elementdir.
maraqlıdır platformanın bəyənnaməsində deyilir. Beynəlxalq hüququn norma və prinsiplərininə, Helsinki Yekun Aktınına əsaslanaraq, Platforma ATƏT-in Minsk qrupu və həmsədr ölkələrlə sıx əməkdaşlığı nəzərdə tutulurr. Platforma Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 İŞĞAL EDİLMİŞ (xalq diplomatiyasında qondarma rejimə səfər edilmişdi) rayonun azad edilməsi istiqamətində kompleks tədbirləri görməyə çağırır. Təsəvvür edirsizmi platformaya qoşulan hər bir erməni bunu görür və qəbul edir.
Bütün bu proseslər çərçivəsində Avropa İttifaqının, Rusiya Ombudsmanın, digər böyük dövlət qrumları və təşkilatları tərəfindən dəstəklənən platforma düşməni qorxuya saldı. Effekt o dərəcədə təsirli oldu ki, erməni politoloq Qaqik Hambaryan rezonans doğuran bəyanat verdi. O bu şəxslərin Ermənistan Xüsusi Xidmət orqanları tərəfindən sui-qəstlərlə öldürülməsinə çağırırdı.
"Vahan Martirosyan Bakıda ortalığa çıxanda bizim hakimiyyət orqanları buna çox cuzi diqqət göstərdilər. Mən çox narahatam və dəfələrlə qeyd etmisəm ki, bu “qar küməsi” bizə təsir edəcək… İsveçrədə yaşayan Vahe Avetyan, Suzan Canikyan ortaya çıxdı. “Skayp” vasitəsilə həmin Martirosoğlu (Vaan Martirosyan) ilə danışıblar. Şəkillərinə baxarkən görürəm ki, ruhi pozğunluqları var. Problem o deyil ki, bu insanlar Azərbaycan tərəfə gedirlər. Artıq “Ermənistan-Azərbaycan Sülh Platformasının” genişləndirilməsini xarici jurnalistlər, siyasi xadimlər də şərh edir. Erməni cəmiyyəti üçün bilavasitə o qəribədir ki, bu platforma haqqında öz fikrini Kremilin dili ilə, Kiselyov, Kremilə yaxın hesab olunan analitik Sergey Markov və bədnam Moldovanın İctimai palatasının rəhbəri Aureliya Qriqori də ifadə edir."
Daha sonra, Hambaryan fikrini daha açıq şəkildə ifadə etdi. “Nə qədər avantürüst, ruhi xəstə, hakimiyyətdən incik varsa, pula işləmək üçün həmin platformaya qoşula bilər. Bizim üçün vacibdir ki, nəinki diplomatlar, o cümlədən, milli təhlükəsizlik xidməti də reaksiya versin. Nə üçün yaradılıb Milli Təhlükəsizlik Nazirliyi? Kiçik ruşvət alanları həbs edirlər? Bu struktrun fəaliyyətinin 90 faizi belə potensial xainlərin müəyyən edilməsi və onların zərərsizləşdirilməsilə bağlı olmalıdır”.
Artıq Ermənistan bütövlükdə gedən proseslərdən narahatdır. Əks addımların atılması diplomatik deyil, sui-qəsdlərlə həyata keçirilməyə istiqamətlənib. Qaqik Hambaryan həyata keçiriləcək metod və üsulların təfsirini bu şəkildə verir: “Bizim milli təhlükəsizlik xidmətinin fəaliyyəti bu tipli insanların bütün üsullarla zərərsizləşdirilməsi olmalıdır. Mən demirəm mütləq fiziki məhv edilsinlər, lakin iş əgər bunu gərəkdirərsə, bu da edilməlir. Mən sual verirəm ki, Almaniyada yaşayan Armen Virabyan kifayət qədər uzun zamandır həmin Martirosoğlu ilə feysbukda danışıqlar aparıbsa, bizim Milli Təhlükəsizlik qurumumuz bunları nədən izləmirdi? Mən əminəm ki, bizim Milli Təhlükəsizlik xidmətimiz aydınlaşdıra bilər ki, həmin şəxslər harada qeydiyyatdan keçiblər və nə kimi əlaqələrə malikdirlər. Düşünürəm ki, bu, çox səs-küylü olmamalıdır, bu, bir müharibədir. Bu, hibrid müharibədir və biz buna hazır deyilik”.
Təsadüfi deyil ki, Qaqik Hambaryanın verdiyi çağırışlar nəticəsiz qalmadı. Elə yuxarıda qeyd edilən Vahan Martirosyan bu yaxınlarda Erməni xüsusi xidmət orqanları tərəfindən təqiblərə məruz qalaraq platformadan uzaqlaşdırıldı. Heç şübhəsiz ki, Vahan Martirosyan türmədə olan "məlum" hədələrlə üzləşdi.
Nəticədə yaradılan platforma demək olar ki, birtərəfli bir şəkildə qəbul edildi. Ermənistan Xalq Diplomatiyasında olduğunun əksinə olaraq buna dəstək göstərmədi və əksinə xüsusi xidmət orqanları vasitəsilə əməliyyatlar keçirdi.
Baxın budur informasiya müharibəsi, rəqibi hissiyyatları ilə hərəkət etməyə məcbur etmək və onun əsl təcavüzkar üzünü ortaya çıxarmaq. Nəticədə, ölkəmiz əməliyyatlara başlamaq üçün böyük əsaslar əldə etmiş oldu. Bütün dünya ictimaiyyəti qarşısında Ermənistanın təcavüzkar masqası bir daha çırıldı.
Bu baxımdan Xalq Diplomatiyası və "Sülh Platforması" əsla qatışdırılmamalıdır. Neçə müddətddir bu haqda yazmaq, sizi bu aparılan işə düzgün yanaşma qoymanızı göstərmək istəyirdim. Düşünürəm ki, dolayı yolla da olsa sizə nəyin nə olduğunu anlata bildim... İnşallah Torpağını, Vətənini sevən hər bir kəsin istədiyi Döyüş yaşanacaq. Allah bizə bu yolda şərəflə, gələcək nəsillərə alını açıq çıxmağı nəsib etsin. Hər şeyi düzgün qiymətləndirməyi bacarın və ən əsası Qana-qan prinsipi ilə yaşayın !!!
P.s. Eynullanı bura qatmayın.. Yaganə səhv onun bu proses daxilində olmasıdır...
Şahuin Qocayev
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.