Yerlə bağlı yeni fakt ÜZƏ ÇIXDI
5-07-2017, 17:18
Bizim uzaq əcdadlarımız Yerin yastı olmasını düşünərkən çox da böyük səhvə yol verməyiblər. Əlbəttə ki, Yer üç balinanın yaxud fillərin üzərində dayanmamışdı, amma forma olaraq yastı idi.
Publika.az xəbər verir ki, bu qənaətə Harvard universitetindən olan astrofizik Saymon Lok və Kaliforniya universitetinin planetoloqu Sara Stüart gəlib.
Alimlərin nümayiş etdirdikləri modelləşdirmədə göstərilir ki, təxminən 4,5 milyard il əvvəl, bizim Günəş sistemində hələ hər şey tam düzənə düşməyən bir vaxtda, Yer yaxın qonşusu olan, Mars boyda bir planetlə toqquşub. Həmin planetin adını Teyya qoyublar. İki nəhəng kosmik cism bir-biri ilə böyük qüvvə ilə elə toqquşublar ki, nəticədə bir-birinə yapışaraq vahid bir cism formalaşıb. Əmələ gələn obyekt nə tam düz, nə də yumru idi, müəyyən qədər yastılanmış forma almışdı.
Planetlər bu formada yalnız 100 il qaldılar. Sonra onlardan şar şəklində Ay - kiçik bir cism qopdu. Qalan materialdan Yer kürəsi formalaşdı. Obyektlər hərəsi səmada öz yerlərini tutdular, hansı ki, indi də eyni yerdə yerləşirlər.
Ayın yalnız Teyyadan deyil, iki planetin qarışığından yaranmasını bir də bu sübut edir ki, Ay və Yerin torpağının izotop tərkibi eynidir. Alimlər Aydan "Apollon" ekspedisiyalarının gətiridiyi nümunələri Yer üzündə olan fəal vulkanik ərazilərdəki torpaqlarla müqayisə ediblər. Və tərkib eyni olaraq müəyyən olunub.
Saymon və Sara hesab edirlər ki, planetlərin toqquşması Kainatda heç də nadir hal deyil. Eyni zamanda alimlər istisna etmirlər ki, digər ulduz sistemlərində formalaşmaqda olan yastı planetlərə də canlı olaraq nə vaxtsa rast gələcəklər.