Alimlərdən SENSASİYALI ARAŞDIRMA: Ayı yadplanetlilər...
5-07-2017, 17:20
Rusiyalı astronom Vladimir Koval hələ 1981-ci ildə belə bir fikir irəli sürmüşdü ki, digər sivilizasiyaların nümayəndələri Günəş sisteminə səyahət edib, özlərindən sonra iz qoyublar. Bu iz isə Aydır.
Məlumdur ki, bir zamanlar Yer kürəsinin peyki olmayıb. Alimlər hesab edir ki, Yer kürəsi Mars ölçüsündə digər səma cismi ilə toqquşduqdan sonra bu peyk yaranıb.
Publika.az-ın xəbərinə görə, Koval isə düşünür ki, Ayı Yer kürəsinə 2-3 milyard il öncə yadplanetli astro-mühəndislər yaxınlaşdırıblar. Planetə elə yaxın məsafədə yerləşdiriblər ki, yer sakinləri onun varlığından xəbər tutsunlar.
Ayın diametri elədir ki, qaranlıq düşəndə Günəş onun diskini tamam örtür. Ay tez-tez öz fazasını dəyişir və ciddi xronometrlə işləyir. Alimlər ilk kalendarı Ayı müşahidə etdikdən sonra tərtib ediblər.
Ay nəhəng cisimdir. Onun ölçüsü sübut edir ki, nisbətən kiçik planetlərin əhatəsində Ay öz-özünə yarana bilməzdi. Məsələn, Merkuri və Venera planetlərinin peyki yoxdur. Marsın peykləri isə Ay ilə müqayisədə həddən artıq kiçik ölçüdədirlər.
Vladimir Kovalın mülahizələrinə görə, gəlmə astro-mühəndislər Ayı “evlərindən gətirməyiblər”, maraqlı da olsa onu Günəş sistemindən seçiblər. Çox güman ki, Ay əvvəllər planet olub və Mars ilə Yupiterin arasında yerləşib. Hazırda onun yerini asteroidlər toplusu tutur. Astroloqlar bu fikiri təsdiqləyərək vurğulayırlar ki, bu ərazidə açıq-aşkar bir planet çatışmır.
Bir fərziyyə də var ki, uzun müddət bundan əvvəl Marsla Yupiter arasında Faeton adlı planet olub, lakin o partlayıb. Amma bu ərazidəki asteroidlərin hamısını toplansa belə Ayın ölçüsündən qat-qat kiçik olar. Odur ki, Kovalın fikirinə görə, Faeton partlamayıb, Yer kürəsinə yaxınlaşdırılıb. Faeton elə Ayın özüdür.
Alim düşünür ki, Yer kürəsində həyatın yarama səbəbi də yəqin ki, budur. Yad sivilizasiyalılar Ayı Yerə yaxın məsafəyə itələyərək, bu planeti yaşamaq üçün münbit hala gətiriblər. Ay yaxınlaşandan sonra Yerdə qabarma və çəkilmələr, vulkanlar formalaşmağa başlamışdı.
Ay təkcə Yer sakinlərinin unikal olmadığına dair parlaq sübut deyil, o həmçinin bəşəriyyətdə həyatın başlanğıcını təmin edən təcrübənin bir hissəsidir. Belədirsə niyə bu təcrübənin müəllifləri nəticəni gəlib öz gözləri ilə görmək istəmirlər? Bəlkə də, hələ zamanı deyil.