Ət bişirərkən suyun üzərinə yığılan kəflə bağlı bunu ilk dəfə OXUYACAQSIZ

13-07-2017, 08:42           
Ət bişirərkən suyun üzərinə yığılan kəflə bağlı bunu ilk dəfə OXUYACAQSIZ
Ət bişirərkən suyun üzərində kəf yaranır, amma heç birimiz onun nədən yaranmasının fərqinə belə varmadan onu yığıb atırıq.
Publika.az kəf və onun yaranma səbəblərini araşdırıb.
Əti suda qaynadarkən yaranan köpük kütləsi zülaldır. Su qaynayanda ətin tərkibindəki zülal və mineral duzlar əriyib, kəfə çevrilir və suya qarışır. Əgər ət bişirərkən həlimli bulyona ehtiyacınız olmayacaqsa, əti qaynar suya qoyub bişirin. Əksinə, həlimli və dadlı bulyon istəyirsinizsə, əti soyuq suya atıb, bişirin. Suyun üzərinə yığılan köpük kütləsini tez yığmağa tələsməyin. Çünki, bu kütlənin tərkibində, bulyonunuzu daha da faydalı edəcək, qida maddələri var. Həmçinin kəfin daşmağını istəmirsinizsə, ət qaynadarkən içinə qabığı soyulmuş bütov soğan qoyun. Sonda soğanı atın. Həmçinin nəzərinizə çatdıraq ki, çox tünd rəngli kəf, ətin ifraz olmuş qanıdır. Onu tez təmizləmək vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru