Kreml yeni vəliəhdi niyə təbrik etmədi? – Çılğın şahzadələr arasında çətin seçim - Təhlil

13-07-2017, 08:44           
Kreml yeni vəliəhdi niyə təbrik etmədi? – Çılğın şahzadələr arasında çətin seçim - Təhlil
Yuri Barmin

“Anadolu News Agency”

Moskva, ABŞ prezidenti Donald Trampın Riyad səfərindən sonra Körfəz bölgəsində baş verən diplomatik böhranda bilavasitə Qətərə dəstək verərkən, həm də proseslərdə təmkinli davranır.

Qısa müddət əvvələ qədər Yaxın Şərqin dalğalı sularında sükunət və sabitlik adasında gərginlik, Səudiyyə kralının varis dəyişikliyi Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) böyük yeniliklərin meydana gələcəyinə işarə edir. Bu proseslərin Rusiyanın bölgədəki mövqeyinə təsirini izləyən Moskva, xüsusilə Suriya və İran məsələsi daxil olmaqla, Körfəz ölkələri ilə kövrək əlaqələri zədələmək istəmir.

Moskvanı təhdid etmə

Səudiyyə Ərəbistanında dəyişmənin ilk işarələri may ayında Trampın Riyad səfəri və o sırada gələcək Səudiyyə padşahına tam dəstəyini verməsi ilə ortaya çıxdı. Moskva ani inkişaf edən bu dinamika qarşısında özünü təhdid altında hiss etdi və son iki ildir dadını çıxarmaqda olduğu, Yaxın Şərqdəki varlığının sınağa sürükləndiyini gördü.

Bunun ardınca Qətərin blokadası başladı və indi daha dəqiq gördüyümüz – rəsmi Dohanın uğurlu şəkildə Səudiyyə tələblərinə boyun əyməyə məcbur edilməsi, Məhəmməd bin Salmanın vəliəhd olduqdan sonra zəfəri olacaqdı.

Moskva, normalda ortaqları ilə yaxşı əlaqələrini davam etdirmək üçün diplomatik nəzakəti əhəmiyyətli bir vasitə kimi istifadə edir. Bu baxımdan Rusiyanın varislik münasibətilə Riyada təbrik qeydi göndərməməsi və Kremldən buna dair rəsmi şərhin gəlməməsi heyrətamiz idi. Digər tərəfdən, mövcud vəziyyətdə deyiləcəyi izah edən bu səssizlik, Moskvanın Səudiyyə Ərəbistanından gələn xəbərləri son dərəcə təmkinli şəkildə dəyərləndirməsinin göstəricisidir.

Rusiya, Qətər böhranında özünü çarpaz atəş altında aşkarladı. Qlobal diplomatik dəstək yığmaq üçün həyata keçirilən kampaniya zamanı rəsmi Doha gözlənilməz bir müttəfiq olaraq Moskva ilə təmas qurdu.

Çeçen lideri Zəlimxan Yandarbiyevin Dohada öldürülməsindən və iki rusun həmin cinayətə görə məhkum edilməsindən bu yana Rusiya ilə Qətər əlaqələri gərgin idi. Terrora maliyyə dəstəyi məsələsi Kremli həmişə narahat edən mövzudur və Rusiya, 1990-cı illərdə Şimali Qafqazda, yaxın keçmişdə də Suriyada Qətər və Səudiyyə Ərəbistanının təkfirçiləri maliyyəyələşdirdiyini deyir.

Tarazlığı dəyişdirmə təşəbbüsü

Buna baxmayaraq, Moskva, diplomatik böhranda bilavasitə olaraq Dohaya dəstək verdi. Bu dəstək rus və Qətər səlahiyyətlilər arasında sıx təmaslarla müşayiət olundu. Kreml, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin Dohanı təcridetmə strategiyasından narahat oldu və bunu regional güc tarazlığını dəyişdirmək təşəbbüsü kimi şərh etdi.

KƏŞ-də zidd bir mövqe sərgiləyən Doha müstəqil bir xarici siyasət icra edir. Bu, KƏŞ-də Riyadın liderliyini inkar etmə və İranla üzləşmə ehtirasında olan yeni Səudiyyə lideri Məhəmməd bin Səlmanın Səudiyyə Ərəbistanıda iqtidara yüksəlməsinə zidd mövqedir.

Rusiya KƏŞ-də mövcud tarazlığın qorunmasında, Şuranın ehtimalla çox güclü və gözlənilməz edəcək şəkildə Riyadda gənc, təcrübəsiz, ehtiraslı birinin liderliyində tək qütblülüyün ortaya çıxmasının əleyhinədir.

Vaşinqtonun Qətər böhranına təpkisi Kremlin Dohaya göstərdiyi rəğbəti əvvəldən təyin edən digər ünsür var. Donald Trampın Qətərin təcrid edilməsindən özünə pay çıxarması, Rusiya üçün amerikalılar tərəfindən rədd edilən bir ölkə ilə birlikdə görünmək baxımından bənzərsiz bir fürsətdir. Bu, ABŞ-ın gözündən düşmüş "yaramaz" ölkələrlə təmas qurulması baxımından Vladimir Putinin siyasətinə tam uyğundur.

Suriya böhranındakı fikir ayrılıqları


Rusiya, Məhəmməd bin Salmanın vəliəhd olmasını nə anlama gəldiyini hələ tam olaraq dərk etməyib. Səudiyyə Ərəbistanıda Salman bin Əbdüləzizin taxta çıxmasından, oğlunu müdafiə naziri və daha sonra vəliəhd təyinetməsindən bu yana Məhəmməd bin Salman Rusiya dair məsələləri boynuna götürüb. İki ölkə arasındakı əlaqənin statusunun inkişaf etdirilməsində də təsirli mövqeyi var.

Salmanın nəzarətində Rusiya ilə Səudiyyə Ərəbistanı, iki ölkə iqtisadiyyatlarını dərindən təsir edən neft razılaşması imzaladı. Məhəmməd bin Salmanın 2015-ci ildə Rusiyanı ilk səfəri zamanı Moskva və Riyad 10 milyard dollarlıq investisiya sazişi və nüvə enerji əməkdaşlıq daxil olmaqla, bir sıra müqaviləyə imza atdı. Müqavilələrin hamısı ikitərəfli əlaqələri inkişif etdirmək məqsədi daşıyırdı.

Kremllə silah müqaviləsi mövzusu da müzakirə edilib. Amma mövcud siyasi anlaşılmazlıqlara görə bu təmaslar bir ittifaq zəminini meydana gətirmədi. Rusiya və Səudiyyə Ərəbistanı Suriya mövzusunda fərqli fikirlərdədir. Məhəmməd bin Səlman müdafiə naziri olaraq Səudiyyə Ərəbistanının Suriya siyasətinə və Yəməndə böyük ölçüdə uğursuz hərbi hərəkatdan məsuldur.

Moskva üçün nə dəyişdi?

Rusiya, Məhəmməd bin Salmanın yaxın gələcəkdə istedadlı və təcrübəli bir lider kimi iqtidarı atasındanəxz etməsindən narahatdır. Bu həm Rusiyanın Suriyada rəftarını təsir edəcək, həm də Yaxın Şərqdə nüfuzunun yayılmasını önləyəcək.

Kreml üçün Məhəmməd bin Naif daha yaxşı həmsöhbətdir. Səudiyyə Ərəbistanının "terrorla mübarizə çarı" Məhəmməd bin Naif ABŞ-ın qərarlı bir müttəfiqi idi, Rusiya ilə qarşılıqlı qarşılıqlı keçmişi yox idi və Kremlin Yaxın Şərq siyasətini tənqid etməkdən heç çəkinmirdi.

Amma Moskva, Səudiyyə Ərəbistanındakı vəliəhd yer dəyişimindən razı deyil. Məhəmməd bin Salmanın həddindən artıq ehtiraslı hərbi yönlü xarici siyasət yürütməsi krallığını təhlükəyə ata bilər.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.