Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı - FAKTLAR

13-07-2017, 12:45           
Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı - FAKTLAR
Ermənistan rəhbərliyi Laçını işğal etdikdən sonra starteji önəmə malik bu ərazilərin kütləvi məskunlaşdırılmasına girişdi. Lakin 20 ildən artıq davam edən məskunlaşdırma planı əks-effekt verməyə başlayıb.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1992-ci ilin mayında işğalçıların nəzarətinə keçən rayona Ermənistandan 2500-dən artıq insan köçmüşdü. Lakin onların yarıdan çox müxtəlif illərdə Laçını tərk etmişdilər.

Yolların bərbad vəziyyəti, evlər də daxil olmaqla bütün infrastruktur obyektlərinin müharibə nəticəsində dağılması, iş yerlərinin olmaması və Azərbaycanla müharibə şəraiti Yerevan rəhbərliyinin bu önəmli ərazini məskunlaşdırmasına mane olub.

Erməni jurnalistləri (Hetq.am, "Qrapark") xüsusən ötən ilin aprelindəki döyüşlərdən sonra Laçından köçün sürətləndiyini və sakinlərin Ermənistanın Syunik vilayətinə, Yerevana yaxud Rusiyaya axın etdiyini yazır.

Hətta Suriyadakı müharibə səbəbindən Ermənistana qaçan suriyalı ermənilərin də məqsədli şəkildə Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırılması effektli nəticə verməyib. Belə ki, Qarabağa köçürülən 200-dən artıq ailədən yalnız 63-ü işğal altındakı torpaqlarda yaşamağa razı olub. Əksəriyyət ailələr isə Yerevana geri dönüb, yaxud Avropa ölkələrinə üz tutublarlar.

Görünən odur ki, diasporun da ciddi maliyyə dəstəyinə baxmayaraq, Yerevanın Laçındakı süni məskunlaşdırma siyasəti fiaskoya uğrayıb və aprel döyüşlərindən sonra dəyişən hərbi-siyasi reallıqda heç bir perspektiv vəd etmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.