Alim Allahla danışdı: Elm alt-üst oldu – Səsyazısı/Video

16-08-2017, 00:10           

Vatikan iki yüz il bundan öncə Misirdəki piramidalardan birində çox gizli bir ayin gerçəkləşdirir və ayini uğurla başa vurur. Ancaq bu ayindən sonra sözügedən piramida arxeoloqlar tərəfindən belə ortaya çıxarıla bilmir.
Turkustan.info xəbər verir ki, bu məsələ ta ki, 1988-ci ilə qədər sirr olaraq qalır. 1988-ci ildə araşdırmaçı və Vatikan mənsubu Piskopos Alessio əsrlərlə öncə yaşamış Günəş tanrısı Ra ilə əlaqə qurmanın yollarını çeşidli qaynaqlardan öyrənməyə başlayır və özü də Ra ilə əlqaqəyə keçməyə qərar verir.
O, Vatikanın məxfi arxivlərində hadisə ilə bağlı ipucları tapır və Vatikanın 200 il öncə Misirdəki müqəddəs kahinlərlə bilrlikdə Ra-ruhuyla əlaqəyə keçdiyini, bu ünsiyyət əsnasında baş tutmuş söhbətin detallarını öyrənir. Bundan sonra özü də onunla əlaqə qurmağa qərar verir.
Ancaq Vatikan Piskopos Alessionun bu təhlükəli ayini icra etməsinə izn vermir. Buna görə də Piskopos o zamanın Vatikan lideri olan Papa II Paulus ilə görüşür, onu bu ayini icra etmənin vacibliyinə inandırır və gərəkən bütün iznləri ala bilir.
Piskopos Alessio Vatikanda etibar etdiyi adamlardan ibarət bir komanda qurub Misirə yollanır.
Piskopos Alessio Qahirənin qədim sirləri bilən rahibləri ilə birlikdə arxeoloqların belə tapa bilmədiyi, ayinin gerçəkləşdiriləcəyi gizli Ra piramidası – yeraltı Heliopolis məbədini tapır.
Məbədin ayinin icra ediləcəyi gizli otağının girişində antik heroqlif yazısı ilə Ranın lənətinin qeyd edildiyi yazı tapılır:
“Ra hər gecə DUAT-A keçmək üçün Səltənət gəmisi ilə yola çıxır, səhərlər Atət, günortadan sonra isə Sektet ona yoldaşılıq edir. Maat isə gəminin yolunu müəyyənləşdirir. Şeytani qoruyucu Tot gəmidə onu müşayət edir və Horus ilə birlikdə mühafizəçiliyinə hər zaman davam edir. Bir çox başqa şeytani güclər də bu gəmi ilə birlikdə Raya yoldaş olurlar.
Mehen onlara yardım edir… Və sən, ey yad adam, sən Meheni tanıyırsanmı? Onun gözləri atəşdən, pəncələri isə dəhşətlidir. Mehenin işi Ranın səltənətini quldur vəhşilərdən qorumaqdır”.
Bu lənət nə qədər qorxulu olsa da, onlar içəri girir və Ranın qızıl əşyalarını görürlər. Bu əşyalar bu gün də Qahirə muzeyində sərgilənir.
Piskopos Alessio Vatikana bir teleqram göndərir, bu ayin üçün artıq hər şeyin hazır olduğunu bildirir. Papa II Paulus cavab olaraq ayin sırasında hər şeyin və Ra ilə aparılacaq söhbətin mütləq səsli və yazılı qeyd edilməsini tələb edir.
Piskopos Alessio ayini gerçəkləşdirərək Ra ilə görüşməyi bacarır və bu söhbəti həm yazılı, həm də səsli olaraq qeyd etdirir. Lakin Piskopos Alessio və komandası bundan sonra böyük fəlakətə uğrayır, başlarına böyük bəlalar gəlir.
Piskopos Alessio və komandası ayindən sonra dərhal təcili olaraq Romaya dönür. 1989-cu ildə Alessionun cəsədi evində parçalanmış şəkildə tapılır…
Eyni həftə içində ayində iştirak etmiş komanda üzvlərinin hamısı öz evlərində parçalanmış şəkildə tapılır. Polis və Vatikan yetkililəri bu qorxunc qətlləri yırtıcı pəncələri olan böyük bir heyvanın edə biləcəyi qənaətinə gəlir və sənədlərdə də bunu qeyd edirlər. Ayin zamanı Ra ilə görüşün detalları isə Piskopos Alessionun qardaşının əlinə keçir.
Ra Piskoposla söhbətində inanılmayacaq şeylərdən bəhs edib:
“Dünya 3 ölçülü deyil, 6 ölçülü bir sistemin içərisindədir. Və Ra, yəni özü 6-cı ölçüdə ilahi bir işığın təsiri altında yaşamağa davam etməkdədir. Bu 6-cı ölçü bəşər övladının öz texnologiyası ilə əsla vara bilməyəcəyi Aldebaron Günəş sistemində yerləşir. Ra bundan əvvəl də dünyaya yardım üçün təkrar gəlmiş, ancaq bəşər övladının pis niyyətini görərək 6-cı ölçüyə geri dönüb…”
Ra tək olan Tanrının qanunlarını açıqlayaraq bu maddələri Piskoposa çatdırır: “Özgür iradə qanunu”, “Sevgi və mərhəmət qanunu”, “İşıq qanunu və mexanizmi”.
Bu qanunların cəmi Ranın ifadələri ilə tək və bir olan Yaradanı ifadə edir. Tək və bir olan Yaradanın qanunları sonsuzluğun rəmzidir. Sonsuz və qüdrətli olan tək Yaradıcıdan başqa Tanrı yoxdur.
Ra bu məsələlərdən və buna bənzər başqa şeylərdən Psikoposa danışsa da, o, bu görüşdə yaşadığı halların çaşqınlığı ilə həmin bilgiləri insanlığa çatdırmanın mümkün olamayacağını düşünərək ayini başa çatdırıb…
Piskopos Alessionun qardaşının əlində olan ayin qeydlərini əldə edən medium Karla Rakirt və Dan Atkins eyni qaydalardan istifadə edərək, Ra ilə təkrar əlaqəyə keçərək görüş əsnasında yaşadıqlarını qələmə alıb. Bu bilgilər çağdaş yazar Elin Mak Karti tərəfindən 1990-cı ildə 4 cildlik bir əsər olaraq “Ra bilgiləri” adı altında nəşr edilib.
Qeyd edək ki, ekspertlərin apardığı dərin araşdırmalar nəticəsində səs yazısının montaj olmadığı təsdiqlənib.
Daha ətraflı və Ranın latınca danışdığı səs yazısı videoda:
[media=https://www.youtube.com/watch?v=4N6GMVLoyDQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.