“Videooyunlar və sosial şəbəkələr narkotiklərdən daha təhlükəlidir” – ARAŞDIRMA

6-02-2018, 01:24           
“Videooyunlar və sosial şəbəkələr narkotiklərdən daha təhlükəlidir” – ARAŞDIRMA
Sandrin Kabyu

Le Monde (Fransa), 03.02.2018

Həkimlərin çoxu hesab edir ki, videooyun və sosial şəbəkələrə həvəs özlüyündə ən diqqətli şəkildə araşdırılmağa dəyən klinik fenomeni ifadə edir.

Videooyun və sosial şəbəkələr kifayət edər? Rəqəmsal texnologiyaların təhlükələri bu gün hamının müşahidəsindədir, həkimlər və sahə ekspertləri bundan danışırlar. Silisium vadisinin liderləri tərəfindən də getdikcə daha çox kəskin tənqid eşidilir. Facebook–un inkişaf üzrə keçmiş vitse-prezidenti Çamat Palihapitiya 2017-ci ilin noyabrında konfransda deyib: “Düşünürəm ki, biz sosial tablonu alt-üst edən alətlər yaratmışıq”.

O xüsusən də neyronların sosial şəbəkələrdə dofaminlə (bu neyromediator düşgünlüyün yaranmasında rol oynayır) “layk” və digər bildirişlərlə hədsiz dərəcədə stimulyasıyasını qeyd edib. O məhz buna görə öz övladlarına bu “zibildən” istifadə etməyi yasaqlayıb. “Əppl”in baş direktoru Tim Kuk yanvarda etiraf edib ki, qardaşı oğlunun (onun övladı yoxdur) sosial şəbəkələrdən istifadə etməyinə qarşıdır.

Bundan başqa ÜST-ün (ümumdünya səhiyyə təşkilatı-tərc.) 2018-ci ilin ortalarında elan etməli olduğu xəstəliklərin yeni Beynəlxalq təsnifatında (XBT-11) videooyunlarla bağlı pozuntuların adı çəkiləcək.

Otağa qapılanlar

Bu cür diaqnoz bəzilərində şübhə doğursa da, başqaları hesab edirlər ki, bu, klinik gerçəkliklərə uyğun gəlir. “11 yaşdan 20 yaşa qədər hər il qəbul etdiyimiz 400 gəncin yarısının videooyunlarla bağlı problemi var, – Düpre klinikası və Qırmızı Xaçın Fransa mərkəzinin həkimi Olivye Fan iddia edir. – Bəzi hallarda isə hətta marixuana ilə bağlı durumdan daha ağır olur. Uşaq öz valideyinlərinin gözünün qabağında həyatdan təcrid olur. Biz otağına qapanaraq yaşayan cavanların ən ağır durumlarıyla məşğul oluruq. Əvvəllər bu cür davranış Yaponiyada təsvir olunub və orada onu xikikomori adlandırırlar”.

Psixiatrın və bu yaxınlardakı “Videooyunlar, alkoqol, marixuana: yeniyetmələrə xəbərdarlıq və yardım” araşdırmasının müəlliflərindən birinin fikrincə, qüvvə toplayan bu hadisə uzunmüddətli araşdırma tələb edir, onun XBT-11-də dərc edilməsi isə bunu etməyə imkan verən etirafı ifadə edir.

Nantdan psixiatr Bryuno Roşe də qeymerlərin (oyun oy

nayan-tərc.) 1%-ə aid olan bu düşgünlüyün varlığında israrlıdır. O, qeyd edir: “Heç kim videooyuna qara yaxmağa cəhd etmir, amma etiraf etmək lazımdır ki, ziyan vura bilər. Bu, daha diqqqətli araşdırma tələb edən çox geniş sahədir”.

Onun yanına “həyatını məhv etmiş” cavanlar gəlirlər. Onları tez-tez valideynləri gətirir, çünki özləri nadir hallarda yardım üçün müraciət edirlər. Bryuno əmindir: “Ailə həyəcanı böyük yer tutur. Hətta düşgünlük olmayan hallarda da kənardan dəyərləndirmə çevrəyə xeyir edir”.

Bəzilərində videooyunlara aludəlik daha ciddi pozğunluğun simptomudur. “Bu, depressiyanı, sosial xofu və autizm təzahürünü üzə çıxara bilər, – o, izah edir. – Bundan savayı, hər üç cavandan birində yüksək potensial qeydə alınır”.

Terapiya xüsusən də videooyunlara çıxışdan məhrum edərək xəstəxanaya yerləşdirilməklə normal həyat ahənginin bərpasından ibarətdir.

Başqa mütəxəssislər buna daha təmkinlə yanaşırlar. Universitet xəstəxana mərkəzi uşaq psixiatriyası bölməsinin başçısı Nanta Olivye Bonno deyir: “Videooyunlardan ehtimal olunan bu düşgünlüyün özəlliyi bundan ibarətdir ki, bir sıra tədbirlər görüləndə yox olur. Bu, narkotik maddələrə düşgünlükdən ciddi fərqdir”.

Onun sözlərinə görə, düşgünlük konsepsiyası tərəfdarları çevrəyə yetərincə diqqət ayırmırlar: “Valideynlər də qeymerdirsə, hər şey xoş ailəvi vaxtkeçirmə ola bilər. Əks halda uşaq öz otağında oyuna qapanır. Bundan başqa, oyunun növünü nəzərə almaq gərəkdir. Çoxları xeyli interaktivdir və beynəlxalq təmaslar üçün şərait yaradır”.

Bəs sosial şəbəkə düşkünlüyü haqda necə? Bu mövzuda ABŞ-da getdikcə daha çox araşdırma aparılır, Norveç mütəxəssisləri isə hətta Facebook düşgünlüyü riskinin dəyərləndirmə şkalasını yaradıblar. Gündəlik mühitə gəlincə, Fransa həkimlərini şəbəkədə təngə gətirmək və təqib problemləri daha çox təşvişə salır.

Videooyun və sosial şəbəkələrin beyinə təsiri haqda da vahid rəy yoxdur. “Düşgünlük neyrobioloji planda iki sistem arasındakı tarazsızlıqdan meydana çıxır: alın sahəsyilə (o, düşünülmüş qərarlar almağa imkan verir) və böyük avtomatizmi və sürətiylə seçilən, həmçinin dofamin ifraz edən dərin neyronlar arasında, – Cenevrədən addiktoliogiya bölməsinin rəhbəri professor Janiel Zyullino izah edir. – Maddəylə və ya davranışla (patoloji oyun, seks…) bağlı ola biləsi istənilən düşgünlük zamanı alın sahəsinin zəifləyərkən dofamin ifrazıyla izafi stimulyasiya nəzərdən keçirilir ki, bu da nəzarətin itirilməsini doğurur”.

Həkim hesab edir – rəqəmsal texnologiyalar beyinə xüsusən güclü siqnallar göndərir.

Kokainlə müqayisə oluna bilər

“Dofamin – mükafatlandırma vasitəsilə rol oynayan neyromediatordur, –nervroloq Matye Anheym qeyd edir. – Sosial şəbəkələrdə “layk” və yeni dostun peyda olması bu fəaliyyətə cazibəni gücləndirən və getdikcə onu avtomatlaşdırmaya qədər çatdıran sürətli mükafatlandırmanı təmsil edir”.

ABŞ-da Kaliforniya universitetindən Ofir Turelin başçılığıyla alimlər qrupu sosial şəbəkələrə uyan gənclərin beyinlərində adi, o cümlədən kokain narkomanlarında meydana çıxan həmin funksional və anatomik pozuntuları aşkarlayıb. Amerikada başqa araşdırmalar göstərir ki, Fasebook-a və digər sosial şəbəkələrə meyl, heç olmasa, qismən özünə diqqət faktıyla izah oluna bilər. Bir sıra təcrübələr göstərir ki, insanın başqaları tərəfindən müzakirəsi beynin mükafatlandırmaya sorumlu sahəsini həvəsləndirir və hətta bəzi iştirakçşılar bunu pul ödənişindən üstün tuturlar.

“Bu texnologiyaların böyük təhlükəsi, birinci növbədə, əhalinin daha dişbatan qrupları arasında diqqəti cəlb etməkdən ibarətdir, – psixoloq Jan-Pyer Kutron narahatlığını gizlətmir. – Sürücülük vəsiqəsini təzəcə alan adama heç kim yarış maşınını etibar etmir. Lap balaca və ya yetərincə hazırlanmamış uşaqlara mürəkkəb oyunlara çıxış imkanı verməməkdən ötrü bizim də eynilə bu cür düşünməyimizə dəyər”.

Jan-Pyer Kutron tibbi və elmi məsələləri nəzərdən keçirməkdən savayı bu sahədə işləyən şirkətlərin təmsilçilərini cəlb etməklə videooyunların tənzimlənməsi tədbirləri haqda düşünməyi əlavə edir.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.