Tarixin ən ağıllı insanı niyə dilənçi kimi öldü?
25-08-2018, 09:48
O, intellektual səviyyəsinə görə bəşər tarixinin ən ağıllı insanı hesab olunur. Belə ki, IQ əmsalı 250-300 arası hesab olunan yəhudi əsilli Vilyam Ceyms Sids həm də dünya tarixinin ən ziddiyyətli şəxslərindən biri sayılır.
Tarixin ən ağıllı insanı sayılan və hətta bir günə bir dil öyrənə bilən Vilyam Sids haqqında maraqlı faktları təqdim edirik:
Qərbə mühacir edən rus yəhudisinin övladı Vilyam Ceyms Sids hələ 6 aylıq olarkən əlifbanı öyrənib, 18 aylığında isə "Nyu York Tayms” qəzetini mütaliə etməyi bacarıb.
2 yaşında latın, 3 yaşında yunan dilini öyrənən Sids 8 yaşına çatanda artıq rus, ingilis, fransız, urdu, alman, latın, yunan, dillərində təmiz danışa bilirdi.
O, orta məktəbdə birinci sinfi bir günə, ikinci sinifi 3 günə, üçüncü sinifi bir aya, dördüncü sinifi bir həftəyə, beşinci sinifi 15 həftəyə bitirib başa çatdırır.
Bütün bunların ardından cəmi 11 yaşında dünyanın ən nüfuzlu ali məktəbi olan Harvard Universitetinə daxil olur. Hələ tələbə ikən universitetin professorlarına dörd ölçülü obyektlər barəsində mühaziə oxuyur.
16 yaşında ikən Harvardın Hüquq fakültəsinə daxil olub. Bu hadisə fenomenal zəka sahibinin bütün həyatını dəyişib. Amma 20 yaşında kommunist ideyalarının əsirinə çevrilir. Siyasətə meyl onun bütün sonrakı uğurlarının üstündən xətt çəkir. Belə ki, çox keçmir Vilyam Ceyms Sids siyasi və atesit dünyagörüşünə görə həbs olunur. Yalnız ailəsinin nüfuzu sayəsində həbsdən qurtularaq ev dustağı şəraitində yaşayır. Amma bu fakt ailəsinin və yaxınlarının ona olan güvənini və ümidlərinin itməsinə səbəb olur. Sonradan atası da etiraf edəcək ki, bənzərsiz istedada sahib olan oğlu heç bir uğura çata bilmədi.
Sids 40 dil bilməsinə baxmayaraq cəmi 4 ortabab kitab yazır. O, kitabların da uğursuzluğundan sonra tamamilə elmdən uzaqlaşıb. Həftəsi 20 dollara ucuz bir yazıxanada katib kimi çalışıb. 46 yaşında vəfat edən Vilyam Kids ömrünün sonuna qədər elmə yaxın getməyib.
O, ölərkən uşaq vaxtı Sidsin heyranı olan Amerika mediası onu demək olar ki, yad etmədi. Çünki onların da fikrincə, bir günə bir dil öyrənmə potensialına malik olan Vilyam Sids bəşəriyyətin inkişafı naminə siyasətə və psixoloji depressiyaya baş qoşmamalı idi.(AzEdu.az)