İsmayıl Vəliyevin kadrına da cinayət işi açıldı

Bu gün, 17:48           
İsmayıl Vəliyevin kadrına da cinayət işi açıldı
Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun hazırda həbsdə olan eks-icra başçısı İsmayıl Vəliyevin dövründə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini icra edən Gülqədəm Mirzəzadə mənimsəmədə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan araşdırma zamanı onun qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda vəsaiti mənimsədiyi müəyyən edilib. Təqsirləndirilən şəxs həbsdə deyil, məhkəməyə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

G.Mirzəzadə 2016-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.

İş üzrə ilkin istintaq tamamlanıb.Təqsiri sübuta yetiriləcəyi halda xanım müttəhimi 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Gülqədəm Mirzəzadənin fəaliyyəti əsasən İsmayıl Vəliyevin dövrü ilə bağlıdır. Onu elə İ.Vəliyev Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edib. Fəaliyyəti dövründə müxtəlif qalmaqallarda adı hallanıb. Mediada onun borcunu istəyən vətəndaşı döyməsi, diplomunun saxta olması barədə iddialar yayılıb. İ.Vəliyev xüsusi əməliyyatla həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib.

Xatırladaq ki, korrupsiya cinayətlərində təqsirli bilinən İsmayıl Vəliyevə 6 il 2 ay həbs cəzası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru