56 yaşlı "zek" 14 yaşlı qızı zorladı: "Əli ilə ağzımı tutdu, nəfəs ala bilmədim" - CİNAYƏT İŞİ

11-09-2018, 16:07           
56 yaşlı "zek" 14 yaşlı qızı zorladı: "Əli ilə ağzımı tutdu, nəfəs ala bilmədim" - CİNAYƏT İŞİ
14 yaşlı qıza qarşı seksaul xarakterli hərəkətlər etməkdə təqsirləndirilən, 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevə sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Məhəmməd Əliyev aşkar surətdə yetkinlik yaşına çatmayan, 2002-ci il təvəllüdlü Nigarı(ad şərtidir) aldadıb yaşadığı evə apararaq, orada seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün zor tətbiq etmə hədəsi ilə onun əynində olan paltarları çıxardıb. Daha sorna o qızın köməksiz vəziyyətindən istifadə edərək qeyri-təbii yolla cinsi əlaqədə olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Əliyev ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, 14 yaşlı Nigar və anasını qonşu kimi tanıyır, münasibətləri yaxşı olub: “ Həmin gün təxminən saat 13 radələrində yaşadığım evin yaxınlığında Nigarla qarşılaşdım. Evə gedirdi. Yolda onu saxlayıb, söhbət elədim. Beli ağrıdığı üçün icazə almışdı. Gördüm ki, belində karset var. Onu evimə apardım. Biraz oturduq, sonra çıxıb getdi. Ona qarşı heç bir sekual hərəkət etməmişəm, nə də cinsi əlaqədə olmamışam. Deyilənlərin, yazıların hamısı mənə qarşı şər-böhtandır”.

M. Əliyev əlavə ifadə vermək istəmədiyini deyib.

Zərərçəkmiş şəxs qismində dindirilən Nigar isə bildirib ki, belində “Kifoz” xəstəliyi olduğundan belinə karset taxır: “Hadisə olan günü belimdəki karset incitdiyindən dərsdən icazə alıb, evə tərəf gəlirdim. Bu vaxtı qonşuluqda yaşayan Məhəmmədi gördüm. Onunla söhbət edə-edə yol gəlirdik. Söhbət zamanı Məhəmməd məndən dəsrdən niyə tez çıxdığımı soruşdu. Bildirdim ki, belimdəki karset incidir. Ona görə icazə almışam. O, isə evinə dəvət elədi. Dedi, evində məni Quranın altından keçirəcək və ondan sonra xəstəliyim kecəcək. Mən ona inandım. Evlərinə gəldim, heç kim yox idi. Evdə dedi ki, get yataq otağında çarpayının üstündə uzan. Uzanmaq istəmədiyimi dedim. Lakin mənə yaxınlaşıb, əlimdən tutub çarpayıda otuzdurdu. Sonra ayaqlarımdan tutub çarpayıya uzatdı. Qorxmuşdun, qorxumda da ona hec bir müqavimət göstərmirdim. Daha sonra Məhəmməd əynimdə yubkamı, retuzunu və alt paltarımı çıxartdı. Karset isə belimdə qalmışdı. Çox qorxurdum. O öz əynindəkiləri çıxartdı, boynumdan, bədənimin müxtəlif hissələrindən öpməyə başladı. Əliylə bədənimin müxtəlif hissələrini sığallayıb, zorla qeyri-təbii yolla cinsi əlaqədə oldu. Ağrıdan qışqırdım. Əli ilə ağzımı tutdu, nəfəs ala bilmirdim. Müqavimətimi qırmışdı, işi bitəndən sonra əskiylə bədənimi və öz cinsiyyət orqanını sildi”.

Nigar qeyd edib ki, Məhəmməd onu zorlayandan sonra hədə-qorxuya keçib: “Dedi ki, bu məsələ haqqında kiməsə desəm, məni öldürəcək. Çox qorxmuşdum. Evə gəldim. Anama hadisəni dedim. Anam və xalamla birlikdə Məhəmmədin evinə getdik. Qapısı bağlıydı. Daha sonra polisə müraciət etdik”.

Zorlanan 14 yaşlı qız Məhəmməd Əliyevə ən ağır cəzanın verilməsini tələb edib: “Həyatım məhv etdi, ömrüm boyu yadımdan çıxmayacaq travma aldım. Ən ağır cəza verilsin”.

14 yaşlı qıza təcavüz edən Məhəmməd Əliyevin oğlu Nadir (ad şərtidir) ifadə verərək atasının elədiyi hərəkətlərdən xəcalət çəkdiyini və adam içinə çıxa bilmədiyini etiraf edib. O, qeyd edib ki, hadisə vaxtı anası ilə birgə Cəlilalabad rayonuna qonaq gediblər və atası Məhəmməd Əliyev evdə tək qalıb.

Təqsirləndirilənin həyat yoldaşı ifadəsində qeyd edib ki, oğlu və gəlini ilə birgə rayondan qayıdandan sonra bu hadisədən xəbər tutublar: “Məhəmməd evdə tək idi. Bakıya qayıtdıq. Oğlum dedi ki, biz burda olmayanda atası yetkinlik yaşına çatmayan bir qızı evə gətirərək onu zorlayıb. Ərinim bu cür hərəkətinə görə utanıram”.

Cinayət işinin materiallarına əlavə edilən və araşdırılmış kompleks məhkəmə-tibbi və kriminalistik ekpertizasının rəyinə əsasən 14 yaşlı qızın qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərən əlamətlər aşkar edilib.

Məhəmməd Əliyev 14 yaşlı qızı zorladığına görə isə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, M. Əliyev dəfələrlə məhkumluq həyatı yaşayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.