Qüdrət Şükürov Azərbaycanda imiş.. - YENİLƏNİB

4-10-2018, 17:47           
Qüdrət Şükürov Azərbaycanda imiş.. - YENİLƏNİB
"Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürov Azərbaycanı tərk edib.

Dia.az virtualaz.org-a istinadən xəbər verir ki, o İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır.

Xəbərə görə, Q. Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Unikal.org-a açıqlamasında bildirib ki, fakt üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş prokurorun təqdimatı əsasında "Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov tutduğu vəzifədən azad olunub. Hazırda həmin müəssisədə müvafiq yoxlamalar aparılır.

E.Sultanov əlavə edib ki, Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.