Tibbi bankalardan nə zaman istifadə etmək olar?

9-10-2018, 07:44           
Tibbi bankalardan nə zaman istifadə etmək olar?
El arasında soyuqdəyməyə qarşı istifadə olunan müalicə üsullarından biri də banka qoymaqdır.

Lakin həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və yüksək hərarət zamanı banka qoyulması əks təsir göstərə bilər.

Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.

Dermatoloqların fikrincə, el arasında təsirli vasitə hesab olunan banka qoymaq bəzi hallarda dərini zədələyə bilər.

Azərtac xəbər verir ki, respublikamızın baş dermatonevroloqu Zülfüqar Fərəcov bu barədə deyib:

“Bankadan başqa kürəyə yod sürtülməsindən də istifadə edilir. Bədənə yodun sürtülməsi iltihabi prosesə müsbət təsir edir, lakin onun dəri quruluğuna və dölə qarşı reaksiyası ola bilər.

Dərinin qidalanmasını yaxşılaşdırmaq üçün dermatozlarda və bəzi soyuqdəymə hallarında bankalardan ümumi müalicə üsulu kimi yox, kompleks müalicənin bir forması kimi istifadə etmək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru