Tovuzda mağazadan oğurluq edən şəxs saxlanılıb

14-05-2019, 16:59           
Tovuzda  mağazadan oğurluq edən şəxs saxlanılıb
Tovuz rayon sakini Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru