DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Xaçmaz rayonu Xudat şəhər sakini Elman Qasımovun boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Xaçmaz RPŞ-nə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini, əvvəllər məhkum olunmuş 27 yaşlı Məharət Qafarov qısa zamanda saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, E.Qasımova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.