İsmayıllı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir: daha uğurla, daha sürətlə.

13-07-2019, 17:30           
İsmayıllı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir: daha uğurla, daha sürətlə.
Teref.az -Ölkə Başçısının düşünülmüş xarici və daxili siyasəti nəticəsində Respublikamız ən qısa müddətdə dünya svilizasiyasına uğurla inteqrasiya etdi. Bir-birinin ardınca beynəlxalq əhəmiyyətli layihələrə imza atıldı. Dünya ölkələri ilə tərəfdaşlıq, dostluq və tranzit əlaqələri qurularaq möhkəmləndirildi. Dövlətimizin iqtisadi potensialı artdıqca paytaxtla yanaşı, regionlarda da mühüm layihələr həyata keçirilir. Hər bir bölgədə, hər bir rayonda, ən ucqar kəndlərdə belə sürətli inkişaf hiss olunur. Abadlıq-quruculuq işləri aparılır.
Ölkənin hər bir nöqtəsində olduğu kimi İsmayıllı rayonuna da güclü dövlət dəstəyi mövcuddur. Ötən ilin avqust ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevn İsmayıllı rayonuna səfəri çərçivəsində "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak etmişdir. Cənab Prezident qədim el sənətlərindən olan xalçaçılığın inkişafına xüsusi önəm verib, bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşaraq rayonda daha bir xalça fabrikinin inşası, xalçaçı xanımların övladları üçün uşaq bağçasının inşası istiqamətində müvafiq Sərəncamları imzalayıb. “Azərxalça” ASC İsmayıllı şəhərinin Əfzələddin Xaqani küçəsində tikilən yeni xalça fabrikinin inşası Rayon İcra Hakimiyyətinin birbaşa nəzarəti altında peşəkar səviyyədə və operativ şəkildə başa çatmaq üzrədir. Burada xalça sənaye üsulu ilə istehsal olunacaq. Layihədə 440 kvadratmetrdən ibarət toxuculuq zalı, sərgi və konfrans salonları, yeməkxana və digər məişət otaqları nəzərdə tutulub. 170 nəfər xalçaçının işləyəcəyi fabrikdə Azərbaycanın ən qədim, zərif, incə naxışlı toxuculuq məhsulları hazırlanacaq. Qədim sənətkarlar yurdu olan İsmayıllı rayonunda qədim el sənəti inkişaf etdiriləcəkdir və dünya miqyasında bir daha tanıdılacaqdır..
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İsmayıllıyada bir sıra vacib sosial-iqtisadi-istehsal obyektləri ilə yanaşı, İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası tikilir. Bu da rayon sakinlərinin sevincinə səbəb olub. Hazırda istifadə ərəfəsində olan uşaq bağçasında uşaqların rahat və sağlam şəkildə təlim tərbiyəsinin təşkili üçün bütün imkanlar yaradılmışdır.
Hər zaman olduğu kimi sakinlərin rifah halının yaxşılaşdırılması, insanların sağlam, rahat və xoşbəxt yaşayışına hesablanmış uğurlu dövlət siyasəti rayonumuzda da yüksək məsuliyyətlə həyata keçirilir. Dövlət siyasətinin İsmayıllı Rayonu İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov tərəfindən uğurla icra olunmasının nəticəsidir ki, sakinlər rifah halından və əmin amanlıqdan razılıq ifadə edirlər. Hər bir rayon sakininin problemlərinin yerindəcə həll olunması, verilən qərar və sərəncamların xalqın mənafeyinə xidmət etməsi xalqımızın qəlbini minnətdarlıq hissi ilə doldurur.
İsmayıllı sakinləri (kiçikdən böyüyədək) bütün bunlara görə cənab Prezident İlham Əliyevə həmişə minnətdardırlar.
Gülər Baxışova
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı
aparatının İçtimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.