Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb

7-07-2020, 19:07           
Sərt karantin elan edilən rayonlardan İsmayıllıya istirahətə gələnlər barəsində tədbir görülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı icazə müddəti başa çatmış və iş üçün icazələri olub, ancaq istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bu istiqamətdə tədbirlər davam etdiriləcək.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.