Beyləqanda 300 ailəyə ərzaq yardımı paylanılıb

17-08-2020, 08:31           
Beyləqanda 300 ailəyə ərzaq yardımı paylanılıb
Teref.az- Beyləqan Rayon İcra Hakimiyyəti və "PAŞA Holding” MMC-nin birgə təşkilatçılığı ilə Beyləqan şəhəri, qəsəbə və kəndlərində 300 ailəyə ərzaq yardımı paylanılıb.
TEREF.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışı qoşularaq Beyləqan Rayon İcra Hakimiyyəti və "Paşa Holdinq" MMC-nin birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiya təşkil edilib.
Gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd sovqat bağlama yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, şəhid və sosial müdafiəyə ehtiyacı olan az təminatlı ailələrə çatdırıb. Sosial aksiya Beyləqan rayonun inzibati ərazisində daxil olan 42 yaşayış məntəqəsini əhatə edib.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən Beyləqan sakinləri dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru