Qəbələyə istirahətə gələnlər cərimələnib

27-08-2020, 12:22           
Qəbələyə istirahətə gələnlər cərimələnib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
keçirilən reyd zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi elan edilən şəhər və
rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər
barəsində inzibati qaydada tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata
görə, polis əməkdaşları tərəfindən rayon ərazisində hərəkət edən avtomobillər
yoxlanış məqsədilə saxlanılıb. Planşet vasitəsilə yoxlanılan zaman bəzi sürücü
və sərnişinlərin qaydaları pozaraq, rayona gəldiyi müəyyən edilib. Həmin
şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə
protokolu tərtib olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru