Qubada polis intiharin qarsini aldi

28-08-2020, 16:35           
Qubada polis intiharin qarsini aldi
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, 27 avqust 2020-ci il tarixdə gecə saat 23:15 radələrində rayon sakini Gülanə Mütəllibova Quba Rayon Polis Şöbəsinə müraciət edərək əri Turab Mütəllibov tərəfindən döyülməsi və valideynlərinə məxsus evə qaçması barədə məlumat verib.

Daxil olmuş məlumatla əlaqədar əməliyyat qrupu dərhal hadisənin baş verdiyi ünvana yollanıblar. Ünvana çatan zaman isə həmin evin heç bir işığının yanmaması və qapının bağlı olması polis əməkdaşlarında şübhə yaradıb. Əməkdaşlar həmin həyətə hasardan baxan zaman isə Turab Mütəllibovun yaşayış evinin qapı çərçivəsindən özünü asaraq intihara cəhd etməsini aşkarlayıblar və hasardan keçərək onun bu cəhdinin qarşısını vaxtında alıblar.

T.Mütəllibova hadisə yerində ilkin tibbi yardım göstərilib daha sonra isə o, təcili tibbi yardımı stansiyasının əməkdaşlarına təhvil verilib. Hal-hazırda onun vəziyyəti yaxşıdır.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.