Göyçay sakinindən narkotik götürülüb

30-09-2021, 15:10           
Göyçay sakinindən narkotik götürülüb
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Ə.Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada kustar üsulla hazırlanmış 170 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru