Hava şəraiti necə olacaq...

4-10-2021, 23:54           
Hava şəraiti necə olacaq...
01-04 oktyabr tarixlərində atmosfer havasının keyfiyyətinin monitorinqi Bakı şəhərinin Xətai, Nizami, Səbail, N.Nərimanov inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilib.
Avtomatik stansiyalardan şəhərlər üzrə əldə etdiyimiz məlumatlara əsasən dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb.

Bakı şəhərində qaz qarışıqlarından dəm qazı 1.5 dəfə, azot 4-oksid 1.4 dəfə, Gəncə şəhərində dəm qazı və kükürd qazı 1.3 dəfə, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox olduğu müəyyən edilib.

Təyin edilən digər hava keyfiyyəti göstəriciləri norma daxilinində olub.

Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. 01-04 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

07 oktyabr tarixinədək yağıntılı hava şəraitinin və əlverişli küləklərin proqnozlaşdırıldığını nəzərə alsaq yaxın günlərdə də hava keyfiyyətinin yaxşı statusa malik olacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru