Siyəzəndə silsilə əməliyyat: 3 nəfər saxlanıldı

8-10-2021, 13:34           
Siyəzəndə silsilə əməliyyat: 3 nəfər saxlanıldı
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Mirzəli Paşayev, Elşad İlyaszadə və Tərlan Məmmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və psixotrop maddə olan metadon aşkar edilərək götürülüb.
Faktlarla bağlı istintaq aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru