Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.
Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70% olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti, dağlarda gecə 4-6° isti, gündüz 11-13° isti olacaq.