İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib

13-10-2021, 10:07           
İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı “Aysu Palace” şadlıq sarayında pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb. Belə ki, xidmət personalının tibbi maskadan istifadə etmədiyi, eləcə də karantin rejimindən irəli gələn bəzi qayda və tələblərə əməl olunmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntularına görə obyektin sahibi Ağakərim Dəmirov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru