İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

14-10-2021, 12:09           
İsmayıllıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə analoji cinayət əməli ilə məşğul olduğu üçün məhkum olunmuş Mican kənd sakini Xəyyam Əhmədov tutulub. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 47 büküm heroin aşkarlanıb.

Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı isə rayon sakini Əli Osmanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru