Oktyabrın 18-ə olan hava proqnozu

17-10-2021, 16:27           
Oktyabrın 18-ə olan hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru