Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb

19-10-2021, 10:30           
Qaxda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Qıpçaq kənd sakini Tural Abdıyevə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisindəki çayxanada aşkarlanıb.İnfeksiyanın yayılmasına şərait yaradan T.Abdıyev tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

Onun barəsində Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru