Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

6-05-2022, 21:20           
Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ümüd Bəşirov saxlanılıb.
Saxlanılan zaman həmin şəxsin üzərindən satış məqsədi qablaşdırılmış psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru