Şəkidə qapı-pəncərə sexindən 15 000 manatlıq oğurluq edən həmin obyektin işçisi tutulub

7-05-2022, 14:48           
Şəkidə qapı-pəncərə sexindən 15 000 manatlıq oğurluq edən həmin obyektin işçisi tutulub
Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub.Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru