“Bakcell” bu il üzrə işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan işləri tam yerinə yetirib

16-12-2022, 18:06           
“Bakcell” bu il üzrə işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan işləri tam yerinə yetirib
Azərbaycanın ilk və aparıcı mobil rabitə operatoru olan “Bakcell” şirkəti 2022-ci il üzrə işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan işləri tam yerinə yetirib.

Bunu “Bakcell” şirkətinin jurnalistlər üçün təşkil etdiyi seminarda şirkətin texnologiyaların idarə edilməsi və mərkəzi dəstək şöbəsinin müdiri Oruc Sadıxov bildirib.

Qarabağda görülən işlərlə bağlı xəbər verən O.Sadıxov indiyədək "Bakcell" tərəfindən işğaldan azad olan ərazilərdə 101 baza stansiyasının quraşdırldığını bildirib. ”Artıq "Bakcell"in 2G, 3G və 4G mobil baza stansiyaları Şuşa və Cıdır düzündə, Hadrut qəsəbəsində, Cəbrayıl, Füzuli, Ağdam, Xocavənd, Laçın, Kəlbəcər qubadlı və Zəngilan rayonlarında quraşdırlıb. Şirkət Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirir.

O.Sadovun sözlərinə görə, əvvəllər şirkətin hesabtına bu rayonlar əlavə edilmirdi. Artıq son illərdən başlayaraq hesabatlara bu ərazilər daxil edildiyinə görə, yekun hesabatlarda ciddi irəliləyişlərin olduğu müəyyən olunur.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.