Şəkidə “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirilib

17-12-2022, 13:24           
Şəkidə “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirilib
Yeniyetmə və gəncləri narkomaniyanın zərərləri barədə məlumatlandırmaq, antinarkotik təbliğatını gücləndirmək məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Baltalı kənd tam orta məktəbində növbəti maarifləndirmə tədbiri keçirilib. Narkotik vasitələrin zərərləri ilə bağlı keçirilən tədbirdə polis əməkdaşları, məktəbin müəllimləri və IX-XI sinif şagirdləri iştirak ediblər.
“Ağ ölüm”ün fəsadları barədə məktəblilərə ətraflı məlumat verən ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Muradov narkotik vasitə aludəçilərinin qarşılaşdıqları problemlərdən danışıb, cəmiyyətin hər bir üzvünün bu bəlaya qarşı mübarizədə fəal olmasının vacibliyini vurğulayıb.
Sonda videoçarx nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru