Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib - FOTOLAR
5-04-2017, 20:19
teref.az - Şuranın iclasında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəsisələrinin, orta təhsil və məktəbəqədər müəsisələrin, səhiyyə, mədəniyyət, xidmət sahələrinin rəhbərləri, dini icmaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Şuranın iclasında Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar may ayının 12-22-si tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunları ərəfəsində rayon ərazisində müvafiq tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək qarşıda duran vəzifələrdən danışdı, abadlıq işlərinin aparılması, yeni yaşıllıqların salınması, park və bağlarda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradılması istiqamətində görüləcək tədbirləri qeyd etdi.
Şuranın iş planına uyğun olaraq “Nəsimi rayonu üzrə əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər haqqında” məsələ ətrafında müzakirə aparılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda görülmüş işlərdən danışaraq rayon ərazisində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində müəyyənləşdirilmiş vəzifələrin ciddi şəkildə həyata keçirilməsinin vacibliyi vurğulandı.
Bildirlirdi ki, Heydər Əliyev fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Məktəb bağları” lahiyəsinin Nəsimi rayonunda həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilərək lazimi işlərə başlanmışdır. Qeyd olundu ki, həmin tədbirlər çərçivəsində şənbə günləri rayon ərazisində iməcliklərin keçirilməsi, ağac və gül kolları əkilməsi, mövcud yaşıllıqlara qulluqların göstərilməsi, rayon məktəblərində “Məktəb bağları” lahiyəsi çərçivəsində meyvə ağaclarının əkilməsi nəzərdə tutulmuşdur. Şuranın sədri qeyd olunanlarla bağlı aidiyyəti qurumlara və məsul şəxslərə müvafiq tapşırıqlar verdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi vəziyyəti barədə çıxış edərək tibbi müayinə aksiyalarının daha da fəal davam etdirilməsi üçün aidiyatı şəxslərə müvafiq tapşırıqlar verildi.
teref.az - xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd etdi ki, Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbiçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər.
Çıxışının sonunda Nəsimi Rayon İcra Hakimiyyətin başçısı Asif Əsgərov aprel-may ayları ərzində rayon ərazisində keçiriləcək tədbirlər barədə məlumat verərək bildirdi ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının il dönümü ərəfəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibətilə rayon ərazisində, müəsisə və təşkilatlarda tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Ümummilli lider Hüeydər Əliyevin misilsiz xidmətləri və möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət ölkəmizdə əldə olunmuş ictimai siyasi sabitliyin əvəz olunmaz əhəmiyyətini xüsusi vurğuluyaraq, bu sahədə əldə olunmuş nailiyyətlərin qorunub saxlanmasının hər bir vətəndaşın ümdə vəzifəsi olduğu bildirildi.
Şuranın iclasında iştirak edən müəsissə rəhbərləri və ictimaiyyət nümayəndələri ölkəmizdəki mövcud ictimai siyasi sabitliyə və insanların rifahının daha da yaxşılaşmasına yönəlmiş çoxşaxəli mühüm tədbirlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər və üzərlərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlmələri üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.