“Şahin” hərbi idman oyunlarının İsmayıllı rayon turu şəhid Mikayıl Vahabzadənin xatirəsinə həsr olunub.FOTOLAR

5-04-2017, 20:59           

teref.az - 5 aprel 2017-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş ”Şahin” hərbi idman oyunlarının rayon turu keçirilib.
Heydər Əliyev adına mərkəzi meydana hərbi geyimli məktəbli gənclər və min nəfərə qədər digər iştirakçılar toplaşıb. Şəhidin anım gününü-“Şahin” hərbi idman oyunlarının başlanğıc mərhələsini giriş nitqi ilə rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov açaraq qeyd edib ki, İsmayıllı gənclərinin ordu sıralarında olan bir qrupu aprel döyüşlərində əsil əsgər fəallığı, zabit qətiyyəti ilə vuruşublar.Maçaxı kənd sakini,Sumqayıt Dövlət Universitetinin məzunu Mikayıl Vahabzadə Vətən, Azərbaycan yolunda şəhid olub. İsmayıllı şəhər sakini, həyatını orduya bağlamış Yaşar Ağayev döyüşlərdə ölümcül yara alıb. Dövlətimizin qayğısı sayəsində Gülhanə Tibb Akademiyasında bir neçə ay müalicə olunub.Döyüşlərdə fərqlənən digər əsgərlərimiz də vardır ki, onlar indi yetişən nəsilin hərbi vətənpərvərlik tərbiyəsində yaxından iştirak edirlər.
Açılışdan sonra Dövlət Himni səsləndirilib. Mikayıl Vahabzadənin timsalında Qarabağ müharibəsində şəhid olan bütün vətən övladlarının əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov aprel döyüşlərində Azərbaycan ordusunun qələbəsindən, cənab Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban Əliyevanın şəhid ailələrinə qayğısından, Cocuq Mərcanlının timsalında Böyük Qayıdışın başlanmasından, vətən torpaqlarının tezliklə bütövləşəcəyindən, qüdrətli ordumuzun sayəsində cənab Prezident və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyulacağından ətraflı danışıb. Şəhidlərə rəhmət diləyib, “Şahin” hərbi idman oyunları iştirakçılarına uğurlar arzulayıb.
Aprel döyüşlərində ağır yaralanmış Yaşar Ağayevin atası Təvəkkül Ağayev və rayon veteranlar şurasının sədri, istefada olan polkovnik Əlaləm Babayev çıxış ediblər.
Anım tədbirində iştirak edən Şəhid Mikayıl Vahabzadənin valideyinləri və qohumları və yaxınları adından dayışı Nəriman Şərifov çıxış edərək şəhid ailələrinə, müharibədə yaralanmış əsgər və zabitlərə göstərdiyi qayğıya görə ölkə başçısına minnətdarlıq edib, bugünkü tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Bununla da şəhidin xatirəsinə həsr olunmuş Şahin idman oyunlarının birinci mərhələsi başa çatıb. Komandalar arasında yarış şəhər 3 saylı məktəb-liseyin idman bazasında davam edib.
18 komanda arasında gedən gərgin yarışların nəticəsi olaraq Diyallı tam orta məktəbinin “Şahinləri” birinci yeri tutublar. Bununla da qalib komanda zona yarışına vəsiqə qazanıb.
İkinci yeri şəhər 3 saylı məktəb-liseyin,üçüncü yeri isə şəhər 7 saylı tam orta məktəbin komandaları qazanıblar. Qaliblərə Rayon gənclər və idman idarəsinin Diplom və hədiyyələri verilib.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.