İlham Əliyev İnzibati Xətalar Məcəlləsini dəyişdirdi - fərman

7-04-2017, 09:16           

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənəddə deyilir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, №10, maddələr 1613, 1638; Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1232 nömrəli, 23 fevral tarixli 1258 nömrəli və 2 mart tarixli 1273 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.19-cu bəndə “253.3.4,” rəqəmlərindən sonra “253-1.1.3, 253-1.2.1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdaki məzmunda 4.24-1-ci bənd əlavə edilsin:

“4.24-1. həmin Məcəllənin 253-1.2.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;”.

3. 5.11-ci bənddə “253 - 261” rəqəmləri “, 253, 253-1.2 - 253-1.4, 254 - 261” rəqəmləri ilə əvəz edilsin.

4. 5.30-cu bənddən “397,” rəqəmləri çıxarılsın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru