Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsinə Nəsimi rayonunda start verildi. FOTOLAR

8-04-2017, 23:33           

teref.az - Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməcliklər keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iməclik təşkil edilmişdir.
Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 111 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir.
Məktəbin həyətində süni meyvə ağaclarından hazırlanmış kompozisyalara baxış keçirilmiş, sonra məktəblilərin ifasında şən musiqi nömrələri ifa olunmuşdur.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş “Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır.
Məlum olduğu kimi Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verəcəkdir. Layihə çərçivəsində aprel ayı ərzində ağac əkmə aksiyalarının keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
Tədbir iməclik iştirakçılarında xoş ovqat oyatmışdır.




Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi Nəsimi rayonu 174 saylı körpələr evi-uşaq bağçasında davam etdirilmişdir

“Məktəb bağları” layihəsi çərçivəsində rayonun 174 saylı körpələr evi-uşaq bağçasının həyətində də iməcilik davam etdirilmiş, mövcud yaşıllıqlara qulluq edilmiş, körpələr evi-uşaq bağçasının həyətində müxtəlif meyvə ağacları əkilmişdir. Uşaq bağçasının həyətində təbii meyvələrdən ibarət müxtəlif kompozisiyalar hazırlanmış, azyaşlılar kompozisiyalar ətrafında şən mahnılar ifa edərək, rəqs etmişlər. Keçirilən aksiya azyaşlılarda təbiətə, yaşıllıqlara qarşı böyük maraq hissi yaratmış, onların valideynləri tərəfindən razılıqla qarşılanmışdır.
“Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayonunda keçirilən iməcilikdə 500-dən artıq meyvə ağaçı əkilmişdir.
Nəsimi rayonunda ümumrayon iməciliyi - ağacəkmə aksiyası keçirilmişdir.
Ümumrayon iməcliyi zamanı rayonun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara qulluq göstərilmiş, yeni ağaclar əkilmişdir.
4-cü mikrorayon ərazisində salınmış Mir Cəlal küçəsindəki parkda mövcud yaşıllıqlara xidmət göstərilmiş, parkın ərazisinə 6 mindən artıq gül kolları əkilmişdir.
Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçirilən iməcilikdə 2000-dən artıq ağac əkilmiş, əvvəllər əkilmiş 3000-dən çox ağaca qulluq göstərilmiş, mövcud yaşıllıqlar suvarılmış, qazonlar döşənmişdir. Ağaclar əkilmiş ərazilərdə abadlıq işləri aparılmiş, ərazilər məişət tullantılarından təmizlənmiş, yeni asfalt örtüyü döşənmiş, yeni bardürlər salınmışdır.
Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən ümumrayon iməciliyində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və rayonun idarə, müəssisə və təşkilatları, ümumilikdə 800 nəfərdən çox insan iştirak etmişdir.
Nəsimi rayon ərazisində yaşıllaşdırma aksiyalarının davam etdirilməsi nəzərdə tutulmuşdur.


























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.