Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib

14-04-2017, 00:25           

Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında Milli Məclisin deputatı Azay Quliyev seçiciləri ilə növbəti görüş keçirib.
Azay Quliyev seçicilərin məşğulluq, səhiyyə, hüquq, əfv və digər məsələlərlə bağlı müraciətlərini dinləyib. Millət vəkili səsləndirilən problemlərin həll edilməsi üçün müvafiq qurumlarla əlaqə saxlayacağını və növbəti görüşədək bütün məsələlərin araşdırılacağını qeyd edib.
Deputat həmçinin Milli Məclisdə qaldırdığı məsələlər, qəbul olunan qanun və qərarlar haqqında da seçicilərinə ətraflı məlumat verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru