“Insan alveri ilə mübarizədə yeni standartların tətbiqi”

17-04-2017, 19:47           

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üzrə qrant müsabiqəsində iştirak edərək, “Insan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı layihənin qalibi olmuşdur.
Layihənin əsas məqsədi, ölkənin şəhər və rayon polis idarələrinin əməkdaşları üçün, gender əsaslı zorakılıq -insan alveri və məişət zorakılığı qurbanları ilə davranış modelinə dair təlimlərin keçirilməsidir. Təlimlərdə, gender əsaslı zorakılıq qurbanlarının müəyyən edilməsi, zərərçəkmişlərin şikayətlərinə baxılması zamanı qaydaları, onlarla ünsiyyət və s. beynəlxaq standartların tətbiqi metodları müzakirə ediləcəkdir. Layihə çərçivəsində bukletlərin çapı da nəzərdə tutulur.
Hazırda layihənin icrası ilə bağlı Daxili İşlər Nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator cənab Vilayət Eyvazova məktubla müraciət edilmiş və polis qurumlarında təlimlərin keçirilməsinə dair razılıq alınmışdır.
Layihənin icrası 2017-ci ilin aprel-may-iyun aylarında Qazax, Tovuz, Şəmkir, Astara, lənkəran, Masallı, Cəlilabad, Qəbələ, Balakən, Zaqatala və İsmayıllı rayonlarında nəzərdə tutulur. Layihənin ümumi məbləği 7000 AZN-dır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.