Səbail yeniləşir - FOTO
19-04-2017, 19:28
teref.az - Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. Bildirdi ki, bu gün bir çox aparıcı dünya ölkələrinin rəhbərləri, xüsusən də Böyük Britaniyanın baş naziri son çıxışında birldirmişdir ki, hazırda dövlətin vahidliyini qorumaq və inkişafını təmin etmək üçün güclü hakimiyyətin olması vacibdir.
Bizim isə xöşbəxtliyimiz ondadır ki, Azərbaycan dövlətinin cənab İlham Əliyev kimi zəngin intellektli, dərin zəkalı və çox böyük istedada malik güclü rəhbəri vardır.
Yıgıncaqda qeyd olundu ki, 2017-ci ilin birinci rübündə Səbail rayonunda iri sənaye müəssisələri tərəfindən 6 milyard 090,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz çox məhsul istehsal edilmiş, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 92.6 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 23.1 faiz çox olmuş, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 24.9 milyon manat təşkil etmişdir.
Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 121.9 milyon manat olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 463.8 milyon manat və ya 4.2 faiz, yerinə yetirilmiş podrat işlərinin həcmi isə 361.4 milyon manat və ya 3.2 faiz artmışdır.
Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 152,7 milyon manat məbləğində və ya 5,2 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə əhaliyə 69,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 9,3 faiz çoxdur. 3 ayda ictimai iaşə dövriyyəsi 9.6 faiz artaraq 49.9 milyon manat, ödənişli xidmətlərin həcmi isə 9.3 faiz artaraq 69.7 milyon manat olmuşdur.
2017-cı ilin I rübü üzrə Səbail rayonunda çalışan işçilərin sayı 116808 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1339.6 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 7.9 % çoxdur.
3 ay ərzində Səbail rayonda 952 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2017-ci il tarixinə kimi rayonda 50089–i daimi olmaqla 53557 yeni iş yerləri acilmişdir.
Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Badamdar şossesinin müasir standartlara uyğun yenidənqurulması aparılır. Dövlət Proqramı çərçivəsində Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.
Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 10-dan çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
2016-cı il ərzində Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 75 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsində 5 ha sahədə isə 5000-nə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.
RİH tərəfindən Əhəd Yaqubov küçəsində Su İdmanı sarayı ilə üzbəüz boş ərazidə ilkin olaraq 1,5 ha sahədə yeni orijinal İstirahət parkının salınmasına başlanmışdır. Layihəyə əsasən parkda basketbol, tennis və futbol üçün Multi-idman meydançası, açıq havada trenajor zalı, uşaqlar üçün velotrek, uşaq əyləncə qurğularının yerləşdiriləcəyi meydança düzəldilir.
Yığıncaqda sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.