Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun ad günüdür!!

22-04-2017, 09:57           
Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun ad günüdür!!
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

Allahverdi Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə, Qarabağ Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.
Allahverdi Bağırov 1- ci Qarabağ müharibəsində Ağdam özünü müdafiə batalyonunun komandiri olub. Minlərlə azərbaycanlını əsirlikdən xilas edib və Ağdamın müdafisəində müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.